Bu gün, 12:48 76

Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi?

Friendly City Index (FCI - şəhərlərdə həyat keyfiyyəti indeksi) sakinlərin gündəlik təcrübəsinə əsaslanan beynəlxalq araşdırmadır.

Layihə çərçivəsində sorğu Bolt-un tərəfdaşlığı il "Syno International" şirkəti tərəfindən aparılıb. Layihə nəqliyyatın və xidmətlərin əlçatanlığından maliyyə rifahı və psixoloji sağlamlığadək müxtəlif mövzuları əhatə edir. Məqsəd sakinlərin qarşılaşdığı çətinlikləri və şəhər həyatında nəyin yaxşılaşdırılmasına ehtiyac olduğunu müəyyənləşdirməkdir.

Bəs "15 dəqiqəlik şəhər" nə deməkdir? Konsepsiyanın əsas ideyası iş, təhsil, alış-veriş, səhiyyə və istirahət imkanlarının evə yaxın yerləşməsi və gündəlik ehtiyacları qarşılamaq üçün uzun səfərlərə ehtiyacın azalmasıdır. Konsepsiyanın müəllifi, urbanist Karlos Moreno C40-a (iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət göstərən şəhər merlərinin qlobal şəbəkəsi) verdiyi müsahibədə bunu "məsafələrin qısa olduğu yığcam və dayanıqlı şəhər" kimi təsvir edib.

2025-ci ildə araşdırma doqquz ölkənin 54 şəhərini əhatə edib. 2026-cı ildə isə layihənin əhatəsi 11 ölkə və 62 şəhərə genişlənib. Bu il Azərbaycandan Bakı, Sumqayıt, Xırdalan və Gəncə ilk dəfə araşdırmaya daxil edilib.

İndeksin reytinqlərindən biri sakinlərin gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bilməsini qiymətləndirir. Bu göstərici üzrə sorğuda iştirak edən dörd Azərbaycan şəhəri arasında Xırdalan öndədir: burada respondentlərin 27%-i həmin müddətdə ünvanlarına çata bildiyini bildirib. Bakıda bu göstərici 14%, Sumqayıt və Gəncədə isə 13% təşkil edir.

Beynəlxalq müqayisədə Xorvatiyanın Pula və Latviyanın Oqre şəhərləri öndədir: hər iki şəhərdə respondentlərin 60%-i gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bildiyini qeyd edib. Estoniyanın Kohtla-Yarve şəhəri isə 56%-lik göstərici ilə onları izləyir.

Azərbaycanda dörd şəhər üzrə respondentlərin ən çox qeyd etdiyi səfər müddəti 30 dəqiqədir - iştirakçıların 40%-i bu cavabı seçib. Ümumilikdə, respondentlərin 14,6%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını, təxminən hər on nəfərdən biri isə yolda 45–60 dəqiqə keçirdiyini bildirib.

Nəticələr yaş və məşğulluq vəziyyətinə görə də fərqlənir. 18–24 yaşlı respondentlərin hər beşindən biri gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatır. Bu, yaş qrupları arasında ən yüksək göstəricidir. Tam ştatla çalışanların, tələbələrin və müstəqil çalışanların təxminən 42–45%-i səfərlərinə adətən 30 dəqiqə sərf edir.

Ailə vəziyyəti üzrə də fərqlər müşahidə olunur. Uşağı olan respondentlərin 24,7%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını bildirib. Subay respondentlərdə bu göstərici 14,4%, evli və ya partnyoru ilə yaşayanlar qrupunda isə 9,4% olub.

"Reytinqlərimiz sadə və şəffafdır: hər reytinqdə şəhərlər sakinlərin eyni suala verdiyi cavablar əsasında sıralanır. Məqsədimiz sakinlərin səsini daha geniş auditoriyaya çatdırmaqdır. Medianı, ekspertləri və şəhər rəhbərlərini vaxtaşırı bu nəticələrə müraciət etməyə və şəhər həyatı ilə bağlı müzakirələrdə onlardan istifadə etməyə dəvət edirik", - Bolt-un Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Kazımova bildirib.

Vebsayta keçid

Paylaş

Xəbər lenti

Bakıda birinci kurs tələbəsi bu səbəbdən öldü Bu gün, 13:48 Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək... Bu gün, 13:48 Bu tarixdən 4 gün ardıcıl güclü YAĞIŞLAR YAĞACAQ - XƏBƏRDARLIQ Bu gün, 13:48 Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq Bu gün, 13:48 Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb Bu gün, 13:48 Ekspert ABŞ-nin İrana qarşı nüvə silahından istifadə ehtimalını qiymətləndirib Bu gün, 13:48 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib Bu gün, 13:48 Dollar Türkiyə lirəsi qarşısında tarixi rekordunu yenilədi Bu gün, 13:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb Bu gün, 13:48 Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb Bu gün, 13:48 Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb Bu gün, 12:48 Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı Bu gün, 12:48 Bakıda dəhşətli qəzanın görüntüləri - Ana və arabadakı uşağı maşın vurdu Bu gün, 12:48 Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq Bu gün, 12:48 "15 dəqiqəlik şəhər": Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir Bu gün, 12:48 17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır? Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar Bu gün, 12:48 Hərbçilərin mənzil təminatına ayrılan vəsait 57 faiz azaldılır Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb Bu gün, 12:48 Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin qalığı 3 dəfə artıb Bu gün, 11:48 Səudiyyə Ərəbistanı Azərbaycana 46,5 ton qurbanlıq ət göndərib Bu gün, 11:48 AZAL-a dotasiya 20 %-ə yaxın artırılır Bu gün, 11:48 Övlad gözləyənlərə ŞAD XƏBƏR - 1500 manat veriləcək Bu gün, 11:48 "Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! Bu gün, 11:48 Azərbaycanda dəfn pulu artırılır - 1200 manat olacaq Bu gün, 11:48 Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq Bu gün, 11:48 Saday Alıyevin məhkəməsi başladı - 3 milyonluq YEYİNTİ Bu gün, 11:48 Nərimanovda binadakı yanğın SÖNDÜRÜLDÜ Bu gün, 11:48 ABŞ-də aralıq seçkilərin ilkin nəticələri - Demokratlar Konqresdə çoxluğu ələ keçirir Bu gün, 11:48 ABŞ tarixində bir ilk: Müsəlman demokrat senator seçildi Bu gün, 11:48 "AnewZ" beynəlxalq televiziya kanalının iki yaşı tamam oldu Bu gün, 11:48 Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb Bu gün, 11:48 Sahil Babayev: "Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük" Bu gün, 11:48 İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır Bu gün, 11:48 Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! Bu gün, 10:48 Batrakov: "Çox xoşbəxtəm" Bu gün, 10:48 Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi Bu gün, 10:48 Metroda təmir işləri vaxtından əvvəl yekunlaşacaq? - RƏSMİ CAVAB Bu gün, 10:48 Taksi sürücüsü ilə qadın sərnişin arasında pulun qalığı üstündə mübahisə Bu gün, 10:48 Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb Bu gün, 10:48 Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir Bu gün, 10:48 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 113 dollara düşüb Bu gün, 09:49 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir Bu gün, 09:48 Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı Bu gün, 09:48 Alyona Əliyeva "Alfred və Violetta" tamaşasından paylaşım edib - Foto Bu gün, 09:48 BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:48 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR