Dünən, 12:48 102

Hərbçilərin mənzil təminatına ayrılan vəsait 57 faiz azaldılır

2027-ci ildə hərbi qulluqçuların mənzil təminatı və kirayə kompensasiyaları üçün nəzərdə tutulan ümumi vəsait 20.8 milyon manat azalacaq

Azərbaycanda 2027-ci ildə hərbi qulluqçuların mənzil təminatı və bununla bağlı digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 15 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin dövlət büdcəsində həmin məqsədlə nəzərdə tutulmuş 35 milyon manatla müqayisədə 20 milyon manat və ya 57.1 faiz azdır.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin materiallarında əksini tapıb.

Sənədə əsasən, vəsait 20 il və daha çox xidmət etmiş, hazırda xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçuların mənzillə təmin olunmasına və digər zəruri xərclərə yönəldiləcək.

Müqayisə üçün, 2026-cı ilin dövlət büdcəsində bu istiqamət üzrə 35 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə, növbəti il üçün proqnozlaşdırılan məbləğ cari ilin göstəricisindən 2.3 dəfədən çox azdır.

Hərbi qulluqçulara kirayə yaşayış sahəsinə görə ödənilən pul kompensasiyası üzrə də azalma proqnozlaşdırılır.

Belə ki, 2027-ci ildə yaşayış yeri olmayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olan şəxslərə kirayə mənzilə görə pul kompensasiyasının ödənilməsi üçün 14.7 milyon manat nəzərdə tutulur.

2026-cı ildə bu məqsədlə 15.5 milyon manat vəsait ayrılması planlaşdırılıb. Beləliklə, kirayə kompensasiyalarına yönəldilən vəsait 800 min manat və ya təxminən 5.2 faiz azalacaq.

Ümumilikdə, hərbi qulluqçuların mənzil təminatı və digər zəruri xərclər, eləcə də kirayə kompensasiyaları üzrə 2026-cı ildə 50.5 milyon manat nəzərdə tutulduğu halda, 2027-ci ildə bu məbləğin 29.7 milyon manat olması proqnozlaşdırılır.

Bu isə iki istiqamət üzrə ümumi maliyyələşmənin 20.8 milyon manat və ya 41.2 faiz azalması deməkdir.

Qeyd edək ki, hərbi qulluqçuların mənzil təminatı ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanı əsasında həyata keçirilir.

Daha əvvəl açıqlanmış rəsmi büdcə icrası məlumatlarına əsasən, 2024-cü ildə hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhərindəki Hövsan Yaşayış Kompleksindən və Sumqayıt Yaşayış Kompleksindən ümumilikdə 512 tam təmirli mənzil alınıb və onların hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Bununla belə, 2027-ci ilin büdcə materiallarında mənzil təminatına və kirayə kompensasiyalarına ayrılan vəsaitlərin azaldılmasının konkret səbəbləri göstərilmir. Növbəti ildə neçə hərbi qulluqçunun mənzillə təmin ediləcəyi barədə də ayrıca məlumat verilmir.

Paylaş

Xəbər lenti

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Bu gün, 13:48 İşçilərin maaşları artıq bu qaydada ödəniləcək Bu gün, 13:48 Sinan Özen qardaşı ilə qəza keçirdi Bu gün, 13:48 35 yaşlı müğənni xərçəngdən öldü Bu gün, 13:48 "Paltara pul xərcləmərəm" deyən Yıldız Tilbenin sərvəti açıqlandı Bu gün, 13:48 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı Bu gün, 13:48 Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq Bu gün, 13:48 Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq Bu gün, 13:48 Həbsxana həyatından danışan Rəqsanə: "Yaralı yerimdir" Bu gün, 12:48 Ermənistanda müxalifət lideri Samvel Karapetyan həbs edildi Bu gün, 12:48 Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur Bu gün, 12:48 Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək Bu gün, 12:48 DSMF-nin gələn il gözlənilən gəlirlərinin və xərclərinin strukturu açıqlanıb Bu gün, 12:48 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda Bu gün, 12:48 Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq Bu gün, 12:48 Ərdoğan Azərbaycana gələcək Bu gün, 12:48 Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq Bu gün, 12:48 AFFA-ya yeni departament direktoru TƏYİNATI Bu gün, 12:48 DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxlayıb Bu gün, 12:48 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Bu gün, 12:48 Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi Bu gün, 12:48 Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb Bu gün, 11:48 "Qalatasaray" və "Fənərbağça"dan Avropada tarixi zəfər Bu gün, 11:48 Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən GÖRÜNTÜLƏR Bu gün, 11:48 Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək Bu gün, 11:48 Zelenskidən İlon Maska sərt mesaj: "Sənin buna haqqın yoxdur" Bu gün, 11:48 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçiləcək Bu gün, 11:48 Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ Bu gün, 11:48 Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər Bu gün, 11:48 Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar... Bu gün, 11:48 Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası Bu gün, 11:48 Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib Bu gün, 10:48 ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir Bu gün, 10:48 Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı Bu gün, 10:48 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı Bu gün, 10:48 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" Bu gün, 10:48 Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək Bu gün, 10:48 TƏBİB-dən Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA Bu gün, 10:48 Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" Bu gün, 09:48 "Qarabağ"ın sabiq ulduzu Bakıya gəldi Bu gün, 09:48 Anar Rzayevə ağır itki Bu gün, 09:48 SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb Bu gün, 09:48 Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi Bu gün, 09:48 Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib Bu gün, 09:48 Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik" Bu gün, 08:48 Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR