
Göyçay rayonunda avtomobil qəzası baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Çayarxı kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan VAZ-2107 markalı minik avtomobili elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, 10-a yaxın kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, bir müddət sonra kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.