
Bakı sakini avtomobillə qarajdan çıxarkən qəza törədib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Naxçivani küçəsi, ev 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağının qarşısında baş verib.
1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, H.Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.