
Azərbaycanda qızıl bazarında müxtəlif əyarlı zinət əşyalarının alış və satış qiymətləri fərqlənir. Hazırda vətəndaşlar qızıllarını zərgərlərə qramı təxminən 126 manata sata bilirlər.
AVESTA.AZ-in məlumatına görə, paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov bazardakı qiymətlərlə bağlı açıqlama verib.
Onun sözlərinə görə, bazarda ən çox Türkiyə istehsalı olan 585 əyarlı qızıllara üstünlük verilir. Vətəndaşların satışa təqdim etdiyi zinət əşyaları arasında da bu növ məhsullar daha çoxdur.
Zərgər bildirib ki, hazırda 585 əyarlı Türkiyə qızılının satış qiyməti qramı 165-167 manatdır. 750 əyarlı İtaliya qızılının qiyməti 220-240 manat, 918 əyarlı ərəb qızılının qiyməti isə 260-270 manat arasında dəyişir.
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.