
Baku TV-nin "Aktual Gündəm" verilişində energetik içkilərin istifadəsi ilə bağlı müzakirə zamanı onların tərkibindəki kofeinin asılılıq yarada bilən xüsusiyyətinə diqqət çəkilib.
BAKU.WS xəbər verir ki, müzakirə zamanı energetik içkilərin üzərində hamilə qadınlara, uşaqlara və həssas şəxslərə istifadənin tövsiyə edilməməsi məsələsi də qaldırılıb.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bu xəbərdarlıqların məhsulun sağlam insanlar üçün tamamilə zərərsiz olduğu anlamına gəlmədiyini vurğulayıb:
"Belə çıxır ki, zəif adama, hamilələrə pis təsir edən bir məhsul sağlam adama yaxşı təsir edər? Məntiq haradadır? Bu yanaşma doğru deyil".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.