6-11-2026, 22:48 151

Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

Azərbaycanın Serbiyadakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, tədbirdə Serbiyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, eləcə də elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib.

Sonra açılış nitqi ilə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Zəfər Günü milli birliyin, qətiyyətin, dövlətçiliyin, eləcə də Azərbaycan xalqının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzminin rəmzidir.

Səfirin sözlərinə görə, bu hadisə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasında dönüş nöqtəsi olub. Diplomat Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra təxminən üç onillik ərzində Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, nəticədə ölkə ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyon insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi təxminən üç onillik ərzində icra edilməyib.

T.Tağızadə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin tarixi dönüş nöqtəsi olduğunu, 2023-cü ilin sentyabrında isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində suverenliyini bərpa etdiyini diqqətə çatdırıb.

Səfir tarixi Zəfərin əldə olunmasının dörd əsas amilini qeyd edib. Bunlar Prezident İlham Əliyevin qətiyyətli siyasi liderliyi və strateji baxışı, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və peşəkarlığı, xalqın milli birliyi və həmrəyliyi, eləcə də Azərbaycanın dostlarından və beynəlxalq tərəfdaşlarından aldığı siyasi və mənəvi dəstəkdir.

T.Tağızadə Azərbaycan-Serbiya münasibətlərinə də toxunub. Bildirib ki, iki ölkə qarşılıqlı hörmət, etimad, suverenliyə və ərazi bütövlüyünə dəstək, eləcə də beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik əsasında möhkəm strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Yüksək səviyyəli siyasi dialoq enerji, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl yaradır. O, SOCAR-ın Niş şəhərində kombinə edilmiş istilik və elektrik enerjisi istehsalı (CCGT) layihəsini, eləcə də "AzVirt" şirkətinin Serbiyada infrastruktur şəbəkəsinin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətini ikitərəfli əməkdaşlığın konkret nümunələri kimi göstərib.

Daha sonra Azərbaycanın Serbiyadakı hərbi attaşesi polkovnik-leytenant Elməddin Həsənov çıxış edərək, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi imkanları, müasir texnologiyalardan istifadə və Şuşanın azad edilməsi əməliyyatının xüsusiyyətləri barədə danışıb.

O bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tarixində həlledici məqam olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu döyüş hazırlığını, peşəkarlığını, müasir hərbi imkanlarını və ölkənin ərazi bütövlüyünü bərpa etmək əzmini nümayiş etdirib.

Hərbi attaşenin sözlərinə görə, müharibənin mühüm xüsusiyyətlərindən biri müasir pilotsuz uçuş aparatlarından geniş istifadə edilməsi olub. Azərbaycan bu sistemlərdən kəşfiyyat, düşmən mövqelərinin müşahidəsi və hərbi hədəflərə dəqiq zərbələrin endirilməsi məqsədilə yararlanıb.

O, həmçinin Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlıq, peşəkar təcrübə mübadiləsi və dialoq bu tərəfdaşlığın mühüm tərkib hissələridir.

Sonda hərbi attaşe bildirib ki, Zəfər Günü ordunun gücünün yalnız silah və texnologiya ilə deyil, həm də əsgərlərin peşəkarlığı, intizamı, cəsarəti və qətiyyəti ilə ölçüldüyünü xatırladır.

Paylaş

Xəbər lenti

Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu Dünən, 23:48 Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər Dünən, 23:48 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub Dünən, 23:48 Yuxusuzluq arıqlamağa mane olurmuş… - Həkim açıqladı Dünən, 23:48 Polşada silahlı hücum: Ölənlərin sayı 5-ə çatdı Dünən, 22:48 Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib Dünən, 22:48 Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib Dünən, 22:48 Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub Dünən, 22:48 Türkiyədə TIR mikroavtobusla toqquşdu: 7 nəfər öldü Dünən, 22:48 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 21:48 Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib Dünən, 21:48 Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib Dünən, 21:48 Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib Dünən, 20:48 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir Dünən, 20:48 Azərbaycanlı məşqçilər 47-ci "Tennis Europe" Məşqçilər Konfransında iştirak ediblər! Dünən, 20:48 İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Dünən, 20:48 Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək? Dünən, 20:48 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Dünən, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Dünən, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Dünən, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Dünən, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Dünən, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Dünən, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Dünən, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Dünən, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Dünən, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Dünən, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Dünən, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Dünən, 17:48 Novxanıda maşın aşıb Dünən, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Dünən, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Dünən, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Dünən, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Dünən, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Dünən, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Dünən, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Dünən, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Dünən, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Dünən, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Dünən, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Dünən, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Dünən, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Dünən, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Dünən, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR