Bu gün, 14:48 78

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:

"Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər. Müharibə zamanı ərazilər azad edildikcə həmin ərazilərdə mobil şəbəkə də sürətlə qurulurdu. Gördük ki, hamı əlində telefon gəzir. Şuşanın azad edilməsi ilə bağlı döyüş əmrini alıb hərəkətə başladığımız gündən noyabrın 10-dək heç kimlə əlaqəmiz yox idi. Açığı, bütün diqqətimiz döyüşdə idi. Ailəmiz, yaxınlarımız, tanışlarımız heç yadımıza da düşmürdü. Noyabrın 10-da şəbəkə yarananda sanki özümüzə də bir siqnal gəldi: ailəmiz var, evimizlə danışmalıyıq. İlk atama zəng etdim və Böyük Zəfərin şad xəbərini ailəmlə bölüşdüm".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Zəfər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Kaspi" qəzetinin birgə layihəsi olan "Məktəbdə"nin qonağı Vətən Müharibəsi qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olub. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçirilən görüşdə şagirdlər qəhrəman hərbçinin döyüş yolunun hekayəsini dinləyib, onun həyat və gələcəklə bağlı tövsiyələrini eşidiblər.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

"Daş üzərinə yazılan "5"

Vətən Müharibəsi qəhrəmanı Salyanda keçən məktəb illərindən söz açaraq, uğurun təməlində intizamın, dəqiqliyin və müəllim əməyinin dayandığını vurğulayıb. İbtidai siniflərdən rəsmə böyük həvəsi olduğunu, bu bacarığının müəllimlərinin diqqətini çəkdiyini bildirib. Dərslərinə məsuliyyətlə yanaşan Zaur Hüseynov 8-ci sinfi bitirdikdən sonra, 14 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, 18 yaşında Ali Hərbi Məktəbin birinci kursunda topoqrafiya fənni ilə tanışlığını və bu biliklərin həyatında yaratdığı dönüşü xüsusi həyəcanla xatırlayıb:

"Məktəb illərində rəsm çəkməyi çox yaxşı bacarırdım. Ali Hərbi Məktəbdə topoqrafiya dərsinə girəndə müəllimimiz xəritədə profilin necə çəkildiyini, hərbçinin A nöqtəsindən B nöqtəsinə hərəkət edərkən ərazinin relyefini necə oxumalı olduğunu izah etdi. Sonra dedi ki, gəzib baxacaq, kim başa düşməyibsə, yerində öyrədəcək. Mən də tapşırığı dərhal və dəqiqliklə yerinə yetirdim. Ondan sonra hər dərsdə "5" alırdım. Bir neçə dərsdən sonra mənə dedi: "Sənin aldığın bu qiymət daş üzərinə yazılan "5" kimidir". O vaxt 18 yaşım var idi, bu ifadənin mənasını anlamadım. Düşündüm ki, yəqin yaddaqalan olduğu üçün belə deyir".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

Bu ifadənin əsl mənasını Zaur Hüseynov Vətən müharibəsində anlayıb. İşğal dövründə cəmi 5-6 yaşı olan, həmin əraziləri heç vaxt görməyən hərbçinin illər əvvəl mənimsədiyi topoqrafiya bilikləri döyüş meydanında mühüm üstünlüyə çevrilib:

"Vətən müharibəsində Cəbrayıla, Füzuliyə, Hadruta və Şuşaya irəliləyəndə biz o torpaqları yalnız xəritələrdən tanıyır, gözümüzün qabağına gətirib xəyal edirdik. Döyüşlər zamanı bütün tapşırıqlarda topoqrafik xəritələrin oxunmasında, hərəkətdə iştirak edirdim. Yuxarı komandirlər xəritəni daha dəqiq bildiyimə görə harada olduğumuzu təyin etməyi, marşrutu cızmağı mənə həvalə edirdilər ki, dəqiq nöqtəni xəritədə göstərim. Biz ilk dəfə ayaq basdığımız o dərələri, meşələri, keçilməz dağları məhz həmin xəritələri dəqiq oxumaqla fəth etdik".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

Ağır tarixi yoldan şanlı Zəfərə

Hərbçimiz Azərbaycanın keçdiyi çətin tarixi dövrləri, Birinci Qarabağ müharibəsinin acılarını və ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə başlayan inkişaf yolunu xatırladıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücləndiyini deyən qəhrəmanımız özünün də iştirak etdiyi Aprel döyüşlərini və Vətən müharibəsini belə dəyərləndirib:

"2016-cı ildə Aprel döyüşlərində öz bölməmlə iştirak edirdim. Dörd gün sonra döyüşlər dayansa da, içimizdəki o savaş dayanmadı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda atılan ilk mərmini Aprel döyüşlərində atılan son mərminin davamı kimi hiss etdim".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

"Özümüzü Şuşaya sipər etdik"

Döyüşün ən dramatik və ağır anları Şuşa əməliyyatı zamanı yaşanıb. Ağır texnika və tank əleyhinə vasitələr hələ gəlib çatmadığı bir vaxtda düşmən tankları əks-hücuma keçib:

"Tanklar elə məsafədə idi ki, avtomatla onları vurmaq olmurdu, amma onların mərmisi bizə çatırdı. Bir komandir kimi anlıq qərar verdim. Şuşa qalasının divarları arxasına sığındıq. Tarixi qala divarları tank mərmilərinə sinə gərdi, özünü bizə sipər etdi, biz də özümüzü Şuşaya sipər etdik. Biz o mövqeləri sonadək qoruyub saxlaya bildik".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

Zaur Hüseynov üçün Şuşaya gedən yolun mənası yalnız hərbi əməliyyatın çətinliyi və keçilməz relyeflə məhdudlaşmırdı. Bu yol həm də xalqın 30 illik həsrətini, şəhidlərin qanını, döyüşçülərin iradəsini və tarixi yaddaşımızı özündə birləşdirirdi:

"Bu yol asfalt deyildi. Bu yolda şəhidlərimizin qanı, döyüşçülərimizin iradəsi, analarımızın duaları vardı. Bu, gecəsi-gündüzü olmayan döyüşlərin, ağır sınaqların yolu idi. Bu yolda Xudafərin körpüsü, Azıx mağarası, İsa bulağı, Şuşanın qayaları, Cıdır düzü, Şuşa qalası vardı. Ən əsası isə bu yol Azərbaycan xalqının 30 illik həsrətini daşıyırdı. Azərbaycan oğulları Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoydular".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

"Arxa cəbhənin nəfəsini hiss edirdik"

Şagirdlərdən birinin "Arxa cəbhədə insanların həmrəyliyini, xalqın ordu ilə birliyini necə qiymətləndirirsiniz?" sualını cavablandırarkən hərbçimizin gözlərindəki qürur daha aydın hiss olunub:

"Biz ön cəbhədə Azərbaycan xalqının bu savaşla nəfəs aldığını daim hiss edirdik. Məktəblilərin yazdığı məktublar, yaşlı nənə-babalarımızın təqaüdlərini cəbhəyə göndərməsi, insanların küçədən keçən hərbi maşınlara evlərindəki bir tikə çörəyi uzatması bizim üçün ən böyük stimul idi. Hiss edirdik ki, Azərbaycan xalqı daim arxamızdadır".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

Şagirdlərin "Müharibədən kənarda necə qəhrəman olmaq olar?" sualına qəhrəmanımızın cavabı zalda böyük alqışla qarşılanıb:

"Qəhrəmanlıq təkcə əlinə silah alıb döyüşmək deyil. Qəhrəmanlıq doğru olan yolda sonadək mübarizə aparmaqdır. Sizin dərslərinizə yaxşı hazırlaşmağınız, bir-birinizlə möhkəm bağ qurmağınız, müəllimlərinizə hörmətiniz və gələcəkdə bu dövlət üçün sağlam bir vətəndaş kimi yetişməyiniz elə özü bir qəhrəmanlıqdır. Çünki sağlam cəmiyyət güclü dövlətin təməlidir".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı:

Paylaş

Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir Bu gün, 12:48 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub Bu gün, 12:48 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video Bu gün, 12:48 Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 12:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib Bu gün, 11:48 Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir Bu gün, 11:48 8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü Bu gün, 11:48 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Bu gün, 11:48 Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir Bu gün, 11:48 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır" Bu gün, 11:48 Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı Bu gün, 11:48 Dağlara qar yağdı - Faktiki hava Bu gün, 11:48 Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var Bu gün, 10:48 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar Bu gün, 10:48 Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq Bu gün, 10:48 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı Bu gün, 10:48 Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub Bu gün, 10:48 Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər Bu gün, 10:48 Polşada bu səbəbdən iki günlük matəm elan edildi Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR