
Ağsu, Göyçay və Zərdabda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Ağsuda şəhid ailələri və müharibə iştirakçıları ilə yaşadıqları ünvanlarda bir sıra görüşlər keçirilib.
Ağsu şəhərində ağacəkmə aksiyası keçirilib. Sonra Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar rayon Mədəniyyət evində konsert proqramı təşkil olunub. Konsert bitdikdən sonra Heydər Parkında Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar möhtəşəm atəşfəşanlıq olub.
Göyçayda xalqın milli qürurunun təntənəsinə çevrilən, dövlətin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 8 Noyabr – Zəfər Günü qeyd olunub. Tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə bayram konserti təşkil edilib.
Zərdabda 8 Noyab - Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə tanınmış incəsənət ustaları çıxış ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.