
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur".
AVESTA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı söyləyib.
Türkiyə prezidenti, həmçinin Ağdamda yeni məktəbin tikintisinə başlanıldığını və gələn il Prezident İlham Əliyevlə birlikdə məktəbin açılışını edəcəyini vurğulayıb:
"Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.