Bu gün, 09:48 55

Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbriki, həmçinin dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada mətbuat üçün birgə bəyanatını işıqlandırıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, "Vestnik Kavkaza" nəşri Prezident İlham Əliyevin Xankəndidə Zəfər abidəsi önünə əklil qoyduğunu və Azərbaycan xalqını bayram münasibətilə təbrik etdiyini bildirib.

Dövlət başçısı təbrikində hərbçilərin qəhrəmanlığını qeyd edib və 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kəndin azad edildiyini xatırladıb.

"Vzqlyad" qəzeti Prezidentin Azərbaycanın tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası ilə bağlı fikirlərinə diqqət çəkib.

"News.ru" portalı Azərbaycan liderinin təbriki ilə bağlı üç material dərc edib. Həmin materiallarda nəşr dövlət başçısının Azərbaycan xalqının işğala son qoymaq əzmi, ölkənin təbii sərvətlərinə vurulmuş ziyan və hərbi cinayətkarların cəzalandırılması barədə fikirlərinə yer verib. Portal yazılardan birinin sərlövhəsinə Prezidentin "Həbsxanalarda çay içirlər": Əliyev hərbi cinayətkarların cəzalandırılması barədə" sözlərini çıxarıb.

"İnterfaks", Vzqlyad.ru, Gazeta.ru və digər nəşrlər də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə gəlişi barədə məlumat verib. Bildirilib ki, Türkiyə prezidenti Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib və Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.

Şuşada mətbuat üçün birgə bəyanatla bağlı dərc olunan materialların əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında sülh prosesi olub. Rusiya mediası Prezident İlham Əliyevin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib. Prezident xatırladıb ki, sülh sazişinin mətni bir ildən çox əvvəl paraflanıb və onun yekun imzalanması hələ qarşıdadır.

Media Prezident İlham Əliyevin Bakı ilə Ankara arasındakı münasibətlərə dair bəyanatlarına da ayrıca xəbərlər həsr edib. Nəşrlər dövlət başçısının Azərbaycan və Türkiyənin heç kimə bu birliyi təhlükə altına almağa imkan verməyəcəyi barədə fikirlərinə yer verib. Materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasındakı münasibətlərin möhkəmliyini vurğulayan bəyanatına da diqqət çəkilib.

Qələbənin altıncı ildönümü münasibətilə "Kommersant" qəzeti "Müharibəsiz altı il" adlı məqalə dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarının kəndlərinə köçmüş sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərə yer verilib. Dövlət başçısı altı il ərzində Qarabağa və Şərqi Zəngəzura təxminən 100 min nəfərin qayıtdığını bildirib. Qəzet Azərbaycan liderinin "Sülh şəraitində yaşayan xalqımız qurur və yaradır" sözlərini sitat gətirib. Nəşr, həmçinin işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının, yolların, yaşayış evlərinin, tibb müəssisələrinin və təhsil ocaqlarının tikintisindən bəhs edib, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Moskvada keçirilən qəbulda sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.

Paylaş

Xəbər lenti

Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb Bu gün, 10:48 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb Bu gün, 10:48 Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava Bu gün, 10:48 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb Bu gün, 09:48 "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib Bu gün, 09:48 Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında Bu gün, 09:48 Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı Bu gün, 09:48 Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 09:48 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb Bu gün, 09:48 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 08:48 9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Dünən, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Dünən, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Dünən, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Dünən, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Dünən, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Dünən, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Dünən, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Dünən, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Dünən, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Dünən, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Dünən, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Dünən, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Dünən, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Dünən, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Dünən, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Dünən, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Dünən, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Dünən, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Dünən, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Dünən, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Dünən, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Dünən, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Dünən, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Dünən, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Dünən, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Dünən, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Dünən, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Dünən, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Dünən, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR