
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.