
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.
AVESTA.AZ AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətə 21 futbolçunun adı daxil edilib.
Bu gündən noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, 14-də saat 19:30-da Şimali İrlandiya, 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq.
İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Oqtay Mehrəliyev | Klubsuz |
| 2 | Bilal Hacıyev | Qarabağ FK |
| 3 | Ülvi Abbaslı | Sumqayıt FK |
| 4 | Vaqif Nəbiyev | Qarabağ FK |
| 5 | Cihad Sadıqov | Sabah FK |
| 6 | Ruslan Quliyev | Neftçi PFK |
| 7 | Turan Ramazanov | Turan Tovuz PFK |
| 8 | Emil Quliyev | Neftçi PFK |
| 9 | Tunar Bayramov | Qarabağ FK |
| 10 | Vaqif Məmmədli | Sabah FK |
| 11 | Nicat Əhmədzadə | Marcet (İspaniya) |
| 12 | Əhəd Hacızadə | Qarabağ FK |
| 13 | Yusif Orucəliyev | Qarabağ FK |
| 14 | Şikar Şikar | Neftçi PFK |
| 15 | Tunar Əsgərzadə | Qarabağ FK |
| 16 | Rəsul Balakişiyev | İmişli PFK |
| 17 | Sübhan Əlizadə | Neftçi PFK |
| 18 | Qafar Babayev | Neftçi PFK |
| 19 | Nazim Əliyev | Qrafiçar (Serbiya) |
| 20 | Yusif Quliyev | Qarabağ FK |
| 21 | Daniil Rəcəbov | Qarabağ FK |
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.