Bu gün, 16:48 74

Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür

Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraqlardan və müvəqqəti proseslərdən daha güclüdür.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə arasında nifaq salmaq istəyənlərin öz arzularına çatmayacaqları barədə fikirləri mühüm siyasi mesajdır:

"Bu bəyanat bir daha təsdiqləyir ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi kampaniyalardan, sosial şəbəkələrdəki müzakirələrdən və süni şəkildə yaradılan gərginliklərdən asılı deyil. İki ölkə arasında münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli dəyərlər və qarşılıqlı etimad dayanır. Bu əlaqələr yalnız diplomatik münasibətlər deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş qardaşlıq nümunəsidir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək, Şuşa Bəyannaməsinin imzalanması bu birliyin konkret təzahürləridir".

Milli Məclisin üzvü bildirib ki, son dövrlərdə müxtəlif dairələr tərəfindən iki ölkə arasında fikir ayrılığı yaratmaq, münasibətlərdə guya soyuqluq olduğunu göstərmək cəhdləri müşahidə olunur:

"Ancaq dövlətlərarası münasibətlər ayrı-ayrı şəxslərin açıqlamaları ilə deyil, dövlətlərin siyasi iradəsi və strateji maraqları ilə müəyyən edilir. Prezident İlham Əliyevin mesajı ondan ibarətdir ki, Azərbaycan öz müstəqil xarici siyasətini həyata keçirir və heç bir qüvvənin Azərbaycanın Türkiyə ilə münasibətlərinə müdaxilə etməsinə imkan verilməyəcək. Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraqlardan və müvəqqəti proseslərdən daha güclüdür. Bu qardaşlıq hər iki xalqın tarixi yaddaşına və ortaq gələcək hədəflərinə söykənir. Ona görə də iki ölkə arasında nifaq yaratmaq istəyənlərin cəhdləri nəticəsiz qalacaq".

Vasif Qafarov həmçinin Azərbaycan və Türkiyəni birləşdirən bağların siyasi konyunkturadan daha güclü olduğunu söyləyib:

"Bu münasibətlər iki liderin siyasi iradəsi ilə yanaşı, hər iki xalqın tarixi yaddaşına, ortaq dəyərlərinə və qarşılıqlı etimadına söykənir. Ona görə də bu birliyin pozulacağını düşünənlər reallığı düzgün qiymətləndirmirlər. Dövlət başçısının da vurğuladığı kimi, bu qardaşlığı sarsıtmaq istəyənlər öz arzularına çatmayacaqlar".

Paylaş

Xəbər lenti

SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir Bu gün, 11:48 İstanbul və Ankara bayrağımızla bəzəndi Bu gün, 11:48 İlham Əliyev Kamboca Kralını təbrik edib Bu gün, 11:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər Bu gün, 11:48 Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb Bu gün, 10:48 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb Bu gün, 10:48 Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava Bu gün, 10:48 Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb Bu gün, 09:48 "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib Bu gün, 09:48 Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında Bu gün, 09:48 Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı Bu gün, 09:48 Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 09:48 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb Bu gün, 09:48 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 08:48 9 Noyabr – Dövlət Bayrağı Günüdür Bu gün, 00:48 Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir Dünən, 23:48 Azərbaycan təmsilçisi Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu olub Dünən, 23:48 SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edib Dünən, 23:48 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub Dünən, 23:48 Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Dünən, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Dünən, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Dünən, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Dünən, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR