
Türkiyə azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir:
"AVESTA.AZ " xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Deputat söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoydu:
"Əlaqələrimiz bundan sonra da inkişaf edəcək".
"Biz həmişə olduğu kimi indi də Azərbaycanın yanındayıq. Bilirik ki, bu aksiyalar haqlıdır. Azərbaycan Xankəndi, Xocalıda da tam suverenliyini bərpa edəcək. Biz buna inanırıq", - o, vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.