Bu gün, 12:48 61

ASCO-nun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi Çində yerləşən "Zhoushan Xinya" gəmiqayırma zavodunda RINA (Registro Italiano Navale) beynəlxalq təsnifat cəmiyyətinin nəzarəti altında aralıq yoxlamadan keçib.

BAKU.WS ASCO-ya istinadən xəbər verir ki, bir ay davam edən prosesin yekununda RINA tərəfindən gəminin müvafiq sertifikatları yenilənib.

Yoxlama çərçivəsində "Xocalı"nın texniki vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, əsas mexanizm və sistemlərinin genişmiqyaslı təmir işləri həyata keçirilib. Belə ki, gəminin üst göyərtəsi tam rənglənib, baş mühərrik əsaslı təmir olunub, yanacaq və ballast sistemlərinə xidmət göstərilib.

Təmir işləri çərçivəsində yaşayış sahələri və mətbəxin havalandırılması üçün yeni hava qutusu hazırlanıb. Bundan başqa, hər üç köməkçi mühərrikin tənzimləyicisi əsaslı təmir edilib, qazan təmizlənərək yoxlanılıb, təhlükəsizlik klapanlarının təzyiq sınaqları aparılıb.

Aralıq yoxlama və təmir işlərinin tamamlanmasından sonra "Xocalı" ABŞ-nin Kaliforniya ştatında yerləşən Vilminqton limanına yola düşüb. Gəminin dekabrın əvvəllərində təyinat limanına çatması planlaşdırılır.

Qeyd edək ki, 2024-cü il mayında Çində istismara qəbul edilən "Xocalı" ASCO-nun "Handysize" tipli ilk quru yük gəmisidir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15 metr olan gəminin suya oturumu 10,47 metr, ümumi yükgötürmə qabiliyyəti 38 593 ton, maksimal sürəti isə 15,7 düyündür.

Beş yük anbarına malik nəhəng gəminin göyərtəsində hər birinin yükgötürmə qabiliyyəti 30 ton olan dörd kran yerləşir. Kranların hər biri bütün yük anbarlarına xidmət göstərə bilir, qolları isə dayandıqları nöqtədən 26 metrədək məsafəyə uzanır.

Minimal suya oturumla yüksək yükgötürmə qabiliyyətinin birləşdirilməsi "Xocalı"nın əsas texniki üstünlüklərindəndir. Bu xüsusiyyət gəminin müxtəlif su dərinliyinə malik limanlara, o cümlədən dayaz limanlara daxil olmasına imkan yaradır.

Paylaş

Xəbər lenti

Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik Bu gün, 12:48 ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi Bu gün, 12:48 Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır Bu gün, 12:48 Bakının sahilboyu əraziləri ilə bağlı YENİ QƏRAR: Zonalar ictimaiyyətə açıq olacaq Bu gün, 12:48 Azərbaycan Xəzərin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı xarici təcrübəni öyrənir Bu gün, 12:48 Qurban Qurbanovdan onun rekordunu qıran Emin Mahmudovla bağlı açıqlama Bu gün, 12:48 Yusuf Güneyin 10 ilə qədər həbs olunması tələb edilir Bu gün, 12:48 Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü başlayıb Bu gün, 12:48 Bakıda qış hazırlığı başladı - Bu rayonlarda qarla mübarizə üçün tapşırıqlar verildi Bu gün, 11:48 Rəhimdən danışan şairə: "Xərçəng olduğuna inana bilmirdi, həkimə getmək istəmirdi" Bu gün, 11:48 DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb Bu gün, 11:48 Alen Simonyan Azərbaycana səfər edəcək Bu gün, 11:48 Tramp və Si Cinpin arasında görüş başa çatıb Bu gün, 11:48 BDU-ya rektor təyin edilən Məleykə Abbaszadənin DOSYESİ Bu gün, 11:48 Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK Bu gün, 11:48 Nərman Qocatürkün meyiti tapıldı Bu gün, 11:48 Azərbaycanda şagirdlərin sayı 20 mindən çox azalıb Bu gün, 11:48 Şöbə müdiri: "Xəzərin sahilində 3 227 qanunsuz tikili aşkarlanıb" Bu gün, 11:48 "Yaprak Dökümü"nün qaynana və gəlini 20 il sonra bir arada Bu gün, 11:48 Məleykə Abbaszadə BDU-nun ilk qadın rektoru oldu Bu gün, 11:48 Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş Bu gün, 10:48 Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq Bu gün, 10:48 Vredestein də Azərbaycanda Radius-u seçdi! Bu gün, 10:48 Si Cinpin və Tramp Şençjendə görüşüblər Bu gün, 10:48 Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib Bu gün, 10:48 Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub Bu gün, 10:48 Gürcüstanın DTX-nin rəisi Bakıdadır Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ! Bakıda bir neçə əsas yolda hərəkət məhdudlaşdırılacaq Bu gün, 10:48 Gəncədə köməksiz qalan 75 yaşlı qadın xilas edilib Bu gün, 10:48 Türkan Şorayın kürəkəni ilə görüşməyi gündəm oldu Bu gün, 10:48 Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı müşavirə keçirilib Bu gün, 10:48 Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb Bu gün, 09:48 Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı Bu gün, 09:48 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi Bu gün, 09:48 Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb Bu gün, 09:48 Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək Bu gün, 09:48 Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata yaxın vəsait xərclənib Bu gün, 09:48 Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib Bu gün, 01:48 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub Bu gün, 01:48 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? Bu gün, 01:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Dünən, 23:48 Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!" Dünən, 23:48 Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub Dünən, 23:48 Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik Dünən, 23:48 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir Dünən, 22:48 Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu Dünən, 22:48 General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Dünən, 22:48 İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR