
Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu gün Azərbaycan I Liqasının VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları qarşılaşacaq.
Saat 16:00-da başlayacaq oyun əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçiriləcək ilk rəsmi futbol matçı olacaq. Qarşılaşmadan əvvəl azarkeşlər üçün konsert proqramı da təşkil ediləcək.
Oyunu baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Turnir cədvəlində "Karvan-Yevlax" 13 xalla dördüncü, "Xankəndi" isə 6 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.