
Qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nadir Lətifovun (adı, soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.
Məhkəmənin hökmü ilə ona 1 000 manat cərimə cəzası təyin edilib.
İttihama görə, N.Lətifov Binəqədi rayonu ərazisində yaşadığı fərdi evdə həyat yoldaşı, zərərçəkmiş Fəridə Lətifova (adı, soyadı şərtidir - red.) ilə münaqişə edib. Hadisə ər-arvad arasında şəxsi münasibətlərin pozulması və qısqanclıq zəminində baş verib.
Təqsirləndirilən şəxs həyat yoldaşına yumruq və şillə vurub.
İttihamda qeyd olunub ki, zərbələr Fəridə Lətifovanın bədəninin müxtəlif nahiyələrinə dəyib. Nəticədə onun sağ bazu nahiyəsində dərialtı hematoma, sağ əlin birinci barmağında qançır və şişkinlik, alt dodağın selikli qişasında qansızmalar, sol bazu və sol said nahiyələrində, sol əlin üçüncü barmağında, həmçinin sağ və sol bud nahiyələrində qançırlar əmələ gəlib.
Hadisədən sonra Nadir Lətifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.