Bu gün, 16:48 55

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

BAKU.WS xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunuldu.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirdi.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulandı.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.

Bu yaxınlarda imzalanmış "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Paylaş

Xəbər lenti

İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Bu gün, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Bu gün, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Bu gün, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Bu gün, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Bu gün, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı Bu gün, 16:48 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Bu gün, 16:48 Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib Bu gün, 15:48 Nazirlik bəzi şəxslərin attestasiyasına başlayıb Bu gün, 15:48 Türkiyənin sabiq naziri ev dustaqlığına buraxıldı Bu gün, 15:48 Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Bu gün, 15:48 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər Bu gün, 15:48 Qəbələdə su anbarı tikilir Bu gün, 15:48 Bakıda tanınmış iş adamı vəfat etdi Bu gün, 15:48 Rusiyada erməni terrorçu Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu Bu gün, 15:48 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib Bu gün, 15:48 Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti Bu gün, 14:48 Sabah metronun bu stansiyaları gecə saat 01:00-dək açıq olacaq Bu gün, 14:48 Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?" Bu gün, 14:48 SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 14:48 Qərbi Azərbaycanın silinən izləri: İnqala kəndinin tarixi Bu gün, 14:48 "Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir Bu gün, 14:48 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır Bu gün, 14:48 Bakıda 10 yaşlı qızın faciəli ölümü – Top arxasıycan qaçdı, maşın vurdu Bu gün, 13:48 Deputatdan sosial şəbəkələrlə bağlı çağırış: "Ciddi addımlar atılmalıdır" Bu gün, 13:48 Aeroport yolunda QƏZA: "BakuBus" avtobusu minik avtomobili ilə toqquşdu Bu gün, 13:48 "TikTok"da valideyn nəzarəti gücləndirilir – Yeni funksiyalar açıqlandı Bu gün, 13:48 Ən çox dedi-qodu edən 5 bürc – Sirrinizi onlara açmayın Bu gün, 13:48 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında Bu gün, 13:48 Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı Bu gün, 13:48 Sumqayıtda 18 milyon manatlıq yeni şüşə istehsalı layihəsi həyata keçiriləcək Bu gün, 13:48 NETTY 2026 nominantların seçiminə başlayır Bu gün, 12:48 Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb Bu gün, 12:48 İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib Bu gün, 12:48 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır Bu gün, 12:48 Bakının mərkəzində ağac aşdı, piyadaların yolu bağlandı Bu gün, 12:48 Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır? – VİDEO Bu gün, 12:48 Azərbaycana turist axını 4 %-dən çox azalıb Bu gün, 12:48 "PAŞA Bank" "Regional Expo Gəncə 2026" sərgisində iştirak edib Bu gün, 12:48 Sabah hava dəyişir – Güclü külək, yağış və qar gözlənilir Bu gün, 12:48 Qubada III sinif şagirdi qan xəstəliyindən vəfat edib Bu gün, 12:48 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşıldı Bu gün, 12:48 Bakıda ilk rəsmi Ducati diler mərkəzi açıldı Bu gün, 11:48 Ramin Məmmədov: Azərbaycanda qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritetlərindəndir Bu gün, 11:48 Azərbaycanda həkim-infeksionist vəfat edib Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR