Bu gün, 12:48 46

NETTY 2026 nominantların seçiminə başlayır

Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-nın növbəti mərhələsi - nominantların seçimi noyabrın 24-də başlayır.

AVESTA.AZ xəbər verir ki, müsabiqədə 350-dən çox layihə iştirak edir. Dekabrın 4-dək Ekspert Şurası və internet istifadəçilərindən ibarət Virtual Münsiflər Heyəti səs verərək final mərhələsinə keçəcək layihələri müəyyənləşdirəcəklər.

İştirakçıların statistikası

Müsabiqənin iştirakçıları arasında 257veb-sayt, 46 tətbiq və 51 sosial şəbəkə layihəsi var. Ümumi sayda onların payı yuvarlaq hesabla müvafiq olaraq 72%, 13% və 15% təşkil edir.

Ən çox layihə "Rəqəmsal iqtisadiyyat, biznes və fintex" nominasiyasında təqdim olunub - 114 layihə. Sonrakı yerlərdə "Media, mədəniyyət və rəqəmsal kontent" - 70 layihə və "Elm, təhsil və rəqəmsal savadlılıq" - 64 layihə gəlir. Bu üç nominasiya birlikdə iştirakçıların təxminən 70%-ni əhatə edir.

Nominantlar necə seçiləcək

Ekspert Şurası yeddi əsas nominasiyada veb-saytları, tətbiqləri və sosial şəbəkə səhifələrini ayrı-ayrılıqda qiymətləndirəcək. Hər istiqamət üzrə ən çox səs toplayan üç layihə nominant olacaq. Beləliklə, hər üç istiqamət üzrə müsabiqə keçirilən nominasiyada doqquz nominant müəyyənləşir. Finalda Akademiya hər üçlükdən bir qalib seçərək ən yaxşı veb-saytı, tətbiqi və sosial şəbəkə səhifəsini mükafatlandıracaq. Layihələr ideya, məzmun və icra meyarları üzrə qiymətləndirilir.

Virtual Münsiflər Heyəti isə bütün iştirakçılar arasından yalnız ayrıca "Virtual münsiflər heyətinin seçimi" nominasiyası üzrə üç nominantı müəyyənləşdirəcək. Bu seçimdə layihənin hansı əsas nominasiyaya və növə aid olmasının fərqi yoxdur.

İnternet istifadəçiləri netty.az saytının Virtual jüri bölməsində Google hesabı ilə daxil olaraq səsverməyə qoşula bilərlər. Hər layihəyə bir dəfə səs vermək olar. İstifadəçi istədiyi sayda layihəni dəstəkləyə bilər. Ən çox səs toplayan üç layihə "Virtual münsiflər heyətinin seçimi" mükafatının nominantı olacaq.

Final səsverməsi və mükafatlandırma

Seçim mərhələsi dekabrın 4-də başa çatacaq. Nominantların yekun siyahısı seçim nəticələri əsasında elan ediləcək. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası əsas nominasiyalar və "Virtual münsiflər heyətinin seçimi" üzrə nominantlar arasından qalibləri müəyyənləşdirəcək.

NETTY 2026-nın qalibləri dekabrın 16-da keçiriləcək təntənəli mükafatlandırma mərasimində rəsmi elan olunacaq. Bütün nominantlar mərasimə dəvət ediləcək. Nominantlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim olunacaq.

2004-cü ildə təsis edilmiş NETTY Azərbaycanın ilk internet mükafatıdır. Bu il müsabiqə 21-ci dəfə keçirilir.

NETTY 2026-nın tərəfdaşları

Rəsmi tərəfdaşlar - AZINTELECOM, Bolt for Business.

Tərəfdaşlar - MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az.

İnformasiya tərəfdaşları - Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, "Kaspi" qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqrafları Birliyi, ALR MEDIA, Sapunov Online, Banks.az.

İştirakçılar, səsvermə və müsabiqə haqqında ətraflı məlumat netty.az saytındadır. Əməkdaşlıq və əlavə suallar üçün info@netty.az ünvanına yaza bilərsiniz.

Paylaş

Xəbər lenti

NETTY 2026 nominantların seçiminə başlayır Bu gün, 12:48 Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb Bu gün, 12:48 İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib Bu gün, 12:48 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır Bu gün, 12:48 Bakının mərkəzində ağac aşdı, piyadaların yolu bağlandı Bu gün, 12:48 Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır? – VİDEO Bu gün, 12:48 Azərbaycana turist axını 4 %-dən çox azalıb Bu gün, 12:48 "PAŞA Bank" "Regional Expo Gəncə 2026" sərgisində iştirak edib Bu gün, 12:48 Sabah hava dəyişir – Güclü külək, yağış və qar gözlənilir Bu gün, 12:48 Qubada III sinif şagirdi qan xəstəliyindən vəfat edib Bu gün, 12:48 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşıldı Bu gün, 12:48 Bakıda ilk rəsmi Ducati diler mərkəzi açıldı Bu gün, 11:48 Ramin Məmmədov: Azərbaycanda qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritetlərindəndir Bu gün, 11:48 Azərbaycanda həkim-infeksionist vəfat edib Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər Bu gün, 11:48 Bahar Muradova: Zorakılığa məruz qalan qadınlara dövlət hesabına hüquqi yardım göstərilir Bu gün, 11:48 Ramin Məmmədov Azərbaycan qadınlarının dini-mənəvi irsimizin qorunmasındakı rolundan danışıb Bu gün, 11:48 Tanınmış türkiyəli müğənni yol qəzasında həlak oldu Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanladı Bu gün, 11:48 Prezident İlham Əliyev: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək Bu gün, 11:48 Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi Bu gün, 11:48 Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var Bu gün, 10:48 Banklarda pul saxlayanların sayı 2 dəfədən çox artıb - AMB-dən son STATİSTİKA Bu gün, 10:48 Təzəpir məscidini Azərbaycan qadını inşa etdirib - Sədr müavini Bu gün, 10:48 BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edildi Bu gün, 10:48 Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs və ailə üzvləri faciə qurbanı olublar - BDYPİ-dən ÇAĞIRIŞ Bu gün, 10:48 Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub Bu gün, 10:48 28 nəfərin öldüyü gəmi 14 manatlıq yapışqanla təmir edilib Bu gün, 10:48 ADB Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 140 milyon dollar ayırıb Bu gün, 09:48 Neft bazarında ucuzlaşma: "Brent" 89 dollardan aşağı düşdü Bu gün, 09:48 Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA Bu gün, 09:48 "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək Bu gün, 09:48 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib Bu gün, 09:48 Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlanıb Bu gün, 09:48 Sumqayıtda avtomobilin vurduğu piyada ölüb Bu gün, 08:48 Ada Süleymanla "Uzundərə" rəqsini ifa etmişdilər: Vidadi Həsənov danışmaqda çətinlik çəkdi Bu gün, 08:48 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? Bu gün, 08:48 Hörmüz boğazında partlayışlar: üç tanker yanıb Bu gün, 08:48 "Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR