
Türkiyənin "Leyla: Həyat... Sevgi... Ədalət" serialı 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində qalib olub.
AVESTA.AZ "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində keçirilən mərasimdə 22 ölkədən 64 namizəd 16 nominasiya üzrə mübarizə aparıb.
Türkiyəni "Ən yaxşı telenovela" nominasiyasında təmsil edən "Leyla" və "Uzaq şəhər" serialları arasında mükafata "Leyla" layiq görülüb.
Serialın rejissoru Hilal Saral mükafatla bağlı sevincini bölüşüb:
"Çox xoşbəxtik, çox qürurluyuq. Ölkəmizi burada təmsil etmək və mükafatla geri dönmək bizi çox sevindirir".
Mərasimdə "Uzaq şəhər" serialının baş rol ifaçıları Sinem Ünsal və Ozan Akbaba da iştirak ediblər.
Qeyd edək ki, "Ən yaxşı dram serialı" mükafatına Fransanın "Careme", "Ən yaxşı komediya serialı" mükafatına isə Argentinanın "Division Palermo" ekran əsəri layiq görülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.