
Bakıda keçirilən "Sabah" - "Barselona" matçında azarkeşlərin stadiona girişində problem yaranıb.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Onlayn bilet satışı platforması olan "iTicket"də yaranan problemlə əlaqədar bəzi azarkeşlər Bakı Olimpiya Stadionuna daxil olmaqda çətinlik çəkirlər.
Bu səbəbdən stadionun girişində sıxlıq yaranıb və biletləri olan bəzi futbolsevərlər qarşılaşmanı vaxtında izləmək üçün tribunaya keçə bilmirlər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı 21:45-də start götürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.