
Bakıda 4, 35 və 32 nömrəli şəhər poliklinikalarında təmir işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək.
Üç tibb müəssisəsinin yenilənməsi üçün ümumilikdə 1 milyon manata yaxın vəsait nəzərdə tutulub.
Qeyd edək ki, poliklinikaların təmiri onların fəaliyyət göstərdiyi binaların vəziyyətinin yaxşılaşdırılmasına, tibbi personalın iş şəraitinin yüksəldilməsinə və vətəndaşların ambulator tibbi xidmətlərdən daha rahat istifadə etməsinə imkan yaradacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.