
Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması ilə bağlı iddialar yayılıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, qadın bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun paylaşdığı videoda bədənindəki xəsarətlər əks olunub. Qadının iddiasına görə, o, Abbas Həsənli adlı şəxs tərəfindən zorakılığa və təhdidlərə məruz qalıb.
Digər paylaşımda isə adının Abbas Həsənli olduğu iddia edilən şəxsin qadının evinə hücum etdiyi, pəncərəyə daş atdığı görüntülər yer alıb. A.Həsənlinin qazi olduğu deyilir.
Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.