
"Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sülh körpüsü" təşəbbüsünün mətbuat üçün açıqlamasında bildirilib.
Bildirilib ki, görüş Ermənistanda keçirilir. Görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.
Qeyd edək ki, görüş sabahda davam edəcək. Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunacaq.
***10:24
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
BAKU.WS xəbər verir ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək.
Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.