
Gəncə şəhərində yerləşən köşklərdən birindən 2500 manat dəyərində tütün məmulatları, müxtəlif içkilər, kompüter və ofis avadanlıqları oğurlanıb.
AVESTA.AZ xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluq edən əvvəllər məhkum olunmuş H.Quliyev saxlanılıb. Onun köşkdən oğurluq etməsi anbaan müşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırıma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.