
Azərbaycanəsilli türkiyəli aktyor Doğukan Güngör açıqlaması ilə marağa səbəb olub.
AVESTA.AZ xəbər verir ki, Ahmet Mümtaz Taylanın "Empati" verilişinə qonaq olan aktyor "Qarşılaşdığın ən böyük vəfasızlıq nə olub" sualına kədərli xatirəsi ilə cavab verib. O həm də həmkarı olan keçmiş sevgilisinə baş rol təklifi gələndə onu tərk etdiyini açıqlayıb:
"Baş rol təklifi gələndə məni tərk etdi".
Sosial şəbəkələrdə yayılan açıqlama müzakirələr yaradıb. Şərhlərdə bu aktrisanın Sıla Türkoğlu olduğu qeyd edilib.
Qeyd edək ki, aktyor hazırda "Haysiyet" serialında çəkilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.