
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb.
“Report” xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb.
Tərəflər İrandakı Azərbaycan səfirliyinə hücumu müzakirə ediblər.
Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.