
İsrailin Baş naziri Benyamin Netanyahu ilə "Yaşar!" Partiyasının rəhbəri Qadi Ayzenkot arasında ölkədə yeni koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar aparılıb.
AVESTA.AZ xəbər verir ki, İsrail mediası görüşün təxminən üç saat davam etdiyini yazıb. Bununla belə, danışıqların yekununda konkret razılaşmanın əldə olunub-olunmadığı açıqlanmayıb.
Tərəflərin birgə bəyanatında bildirilib ki, görüş əvvəlcə təhlükəsizlik məsələləri üzrə məlumatlandırma ilə başlayıb. Daha sonra milli birlik hökumətinin yaradılması məsələsi müzakirə olunub.
Bəyanatda qeyd edilib ki, danışıqlar işgüzar şəraitdə keçib və tərəflər mövcud ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışıblar.
Xatırladaq ki, Netanyahu bundan əvvəl Ayzenkota koalisiya hökuməti yaratmağı və baş nazir vəzifəsini növbəli şəkildə icra etməyi təklif edib. Təklifə əsasən, əvvəlcə hökumətə Qadi Ayzenkot rəhbərlik etməli, daha sonra isə bu vəzifəni Benyamin Netanyahu tutmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.