
Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
İki ölkə lideri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.
Qeyd edək ki, Qətər əmiri zəlzələdən sonra Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyəyə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb.
Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Səfər çərçivəsində Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər müzakirə olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.