
Ucarda üç minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Rəstəcə kənd sakini, 1973-ci il təvəllüdlü Bəxtiyar Kazım oğlu Kazımovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillə 2001-ci il təvəllüdlü Famil Səməd oğlu Rüstəmovun idarə etdiyi "Mercedes" markalı minik maşını və daha bir "Mercedes" toqquşub.
Nəticədə 3 nəfər xəsarət alıb.
Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan müayinədən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.