16-02-2023, 15:42 557

Bakıda Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib - YENİLƏNİB

Bu gün Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

 "AVESTA.AZ" xəbər verir ki, iclasda Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak və onların rəhbərlik etdikləri Komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.

İclas iştirakçılarını səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə, Hökumətlərarası Komissiyanın növbəti iclasının işində uğurlar arzulayıb.

Nazir bildirib ki, tarixi köklərə və xoş ənənələrə malik olan Azərbaycan-Polşa münasibətləri müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin hazırki vəziyyətinin məmnunluq doğurduğunu bildirən K.Heydərov iqtisadi əlaqələrimizə təkan vermək, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb. İki ölkə liderlərinin – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Polşa Respublikasının Prezidenti cənab Andjey Duda arasında keçirilmiş səmərəli görüşlər və mövcud qarşılıqlı siyasi etimad ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün möhkəm əsaslar yaradıb. Bu çərçivədə ölkələrimiz arasında müxtəlif sənaye sahələri üzrə istehsal müəssisələrinin yaradılması, o cümlədən nəqliyyat və logistika, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, əczaçılıq və s. sahələrə investisiyaların yatırılması əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və şaxələnməsinə öz töhfəsini verəcək. 2018-ci ildən Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini xatırladan nazir “Made in Azerbaijan” brendinin Polşa bazarında təşviqi, həmçinin Azərbaycan məhsullarının Mərkəzi və Şərqi Avropada tanıdılması baxımından Ticarət Evinin əhəmiyyətini qeyd edib.

K.Heydərov Azərbaycanda beynəlxalq yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturunun formalaşdırıldığını vurğulayaraq, ikitərəfli Komissiya tərəfindən yaradılmış Nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun cari ilin mart ayında Bakıda keçiriləcək ikinci iclası çərçivəsində beynəlxalq yük daşımalarla bağlı iki ölkənin tranzit potensialından tam istifadə edilməsi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviqi sahəsində birgə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, bu ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Polşa iş adamlarını, biznes dairələrini və sərmayəçilərini buraya investisiya yatırılmasına dəvət edib.

Bundan əlavə, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov Polşa biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Polşa sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Hökumətlərarası Komissiyanın həmsədri Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak Komissiyanın iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Q.Pexoviak ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinə diqqət çəkərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini xatırladıb. Qonaq Avropa İttifaqının ən böyük və ən dinamik inkişaf edən ölkələrindən biri olan Polşa və Cənubi Qafqazın ən böyük ölkəsi, dünyanın strateji əhəmiyyətli coğrafi zonasında yerləşən Azərbaycan arasında müxtəlif istiqamətlər, o cümlədən logistika və nəqliyyat, energetika, tikinti, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, agrotexnologiya, tibb və əczaçılıq, IT sənayesi və s. üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsində müsbət tendensiyanın müşahidə edildiyini xatırladan Q.Pexoviak qarşılıqlı ticarətin daha da dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanda olduqları müddətdə müxtəlif görüşlərin keçiriləcəyinə, həmin görüşlərin də səmərəli olacağına əminliyini bildirən polşalı həmsədr martın əvvəlində Bakıda təşkil olunacaq Polşa-Azərbaycan işçi qrupunun görüşündən müsbət nəticələrin gözlənildiyini vurğulayıb.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak imzalayıblar.

Həmçinin, iclas çərçivəsində “Ələt Azad İqtisadi Zonası (AFEZ) ilə Wałbrzych xüsusi iqtisadi zonası arasında Niyyət Razılaşması” imzalanıb. Sənədi Azərbaycan tərəfindən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşa tərəfindən Valbruh Xüsusi İqtisadi Zonasının icraçı direktoru Mariuş Tomçak imzalayıblar.

Qeyd edək ki, ölkəmizə səfəri çərçivəsində Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviakın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın iqtisadi sahə üzrə bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

13:58

Azərbaycan müasir nəqliyyat infrastrukturu yaradıb, son 10 ildə regionda dayanıqlı nəqliyyat-tranzit dəhlizlərinin inkişafı üçün böyük səy göstərib.

"AVESTA.AZ" xəbər verir ki, bunu fövqalədə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, ikitərəfli komissiya çərçivəsində 2019-cu ildə yaradılmış və ilk iclası Varşavada keçirilmiş nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun gələn ay Bakıda 2-ci iclası keçiriləcək. Beynəlxalq yük daşımalarında iki ölkənin tranzit imkanlarından istifadə edilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınmaları təşkil olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsini vacib hesab edirik", - deyə o qeyd edib.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR