24-02-2023, 02:48 497

Konfrans Liqası: “Qarabağ” mübarizəni dayandırıb

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

“AVESTA.AZ”un məlumatına görə, Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olub. “Gelamko Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan “köhlən atlar” 2-ci dəqiqədə qola yaxın olublar. Amma Bəhlul Mustafazadənin başla vurduğu top qapı tirinə tuş gəlib. 14-cü dəqiqədə meydan sahiblərindən Jülyen De Sartın qüvvətli zərbəsini düzgün mövqe seçən Luka Quqeşaşvili tutub. 32-ci dəqiqədə Uqo Kuypersin təhlükəli zərbəsinin qarşısını Mustafazadə alıb. 43-cü dəqiqədə Abdullah Zubir bir rəqibini keçib qapıçı ilə üzbəüz qalsa da, topa çata bilməyib. İlk hissədə qapılara qol vurulmayıb.

Fasilədən sonra ilk təhlükəli epizodu “Qarabağ” yaradıb. 47-ci dəqiqədə sürətli əks hücum zamanı Musa Qurbanlının ötürməsi Şeydayevə çatmayıb. 10 dəqiqə sonra Sven Kumsun zərbəsini Quqeşaşvili gözəl seyvlə dəf edib. Ardınca Şeydayev Qurbanlını qapıçı ilə təkbətək qoysa da, gənc hücumçu topu istədiyi kimi ram edə bilməyib. 75-ci dəqiqədə isə hesab açılıb. Standart vəziyyət zamanı Villi Orban qapını dəqiq nişan alıb. 90+6-cı dəqiqədə Kuypersin zərbəsi təhlükəli alınsa da, top qapıdan azacıq aralı keçib.

Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Yassin Benzianın sol cinahdan ötürməsi təhlükəli olsa da, topa toxunan tapılmayıb. Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan "Gent" adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bu raundun püşkü bu gün atılacaq.

02:35

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxt başa çatıb.

"AVESTA.AZ"un məlumatına görə, komandalar fərqlənə bilmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilə seriyasından istifadə olunacaq.

02:18

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxtın 2-ci hissəsi başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, hazırda "köhlən atlar" hesabda geridədir - 0:1.

02:15

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxtın ilk hissəsi başa çatıb.

"AVESTA.AZ"un məlumatına görə, hələlik qarşılaşmada hesab dəyişməyib və meydan sahibləri öndədirlər - 1:0.

01:59

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxt başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, hazırda Azərbaycan çempionu hesabda geridədir - 0:1.

01:54

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında əlavə vaxt oynanılacaq.

"AVESTA.AZ"un məlumatına görə, meydan sahiblərinin əsas vaxtda 1 top vuraraq, ümumi hesabı bərabərləşdirməsi səbəb olub - 1:1.

 Beləliklə, qalib əlavə vaxtda, ehtiyac yaranarsa isə penaltilər seriyasında müəyyənləşəcək.

01:32

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

"AVESTA.AZ"un məlumatına görə, 75-ci dəqiqədə fərqlənən meydan sahiblərinin futbolçusu Villiu Orban komandasını önə keçirib.

01:02

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, ilk hissədən sonra qarşılaşmada hesab açılmayıb.

00:47

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"AVESTA.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

00:00

Belçikada "Gent" və "Qarabağ" arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"AVESTA.AZ"un məlumatına görə, "Gelamko Arena"da oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

22:34

Belçikada UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Gent" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"AVESTA.AZ"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Gent": 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo
Ehtiyat oyunçular: 1.Pol Nardi, 2.Cozef Okumu, 10.Yens Petter Hauge, 12.Noa de Ridder, 15.Bram Laqae, 19.Malik Fofana, 20. Villi Orban, 22.Süleyman Marre, 27.Rune van den Berq, 28.Robbi van Hater, 35.Sederik van Dale, 39.Matias Fernandes
Baş məşqçi: Heyn Vanhazebruk

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Gent şəhərindəki "Gelamko Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR