1-03-2023, 14:55 742

S&P agentliyi SOCAR-ın 2023-2024-cü illər üzrə investisiyaları ilə bağlı gözləntilərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü illərdə 4-5 milyard manat həcmində irimiqyaslı investisiyalar yatıracaq.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

Bununla yanaşı, agentlik kapital qoyuluşlarından sonrakı əməliyyatlardan şirkətin əldə etdiyi sərbəst pul vəsaitlərinin (FOCF) həcmini 1-2 milyard manat həcmində olacağını gözləyir.

"Baza ssenarimizə görə, neft və qaz qiymətlərinin dəstəkləyici təsiri sayəsində dövriyyə kapitalında ümumi borcun dəyişməsindən əvvəlki əməliyyat pul axınlarının (FFO) ümumi borca nisbəti 2023-2024-cü illərdə 30-40 % təşkil edəcəyini gözləyirik. 30 iyun 2022-ci il tarixində başa çatan 12 ay ərzində bu göstərici 41 % təşkil edib.

2023 və 2024-cü illərdə “Brent” markalı neftin bir barelinin qiymətinin 85-90 ABŞ dolları olacağı ilə bağlı proqnozlarımızı nəzərə alaraq, hesab edirik ki, SOCAR 30-40 % FFO/borc nisbəti (2021-ci ildə 28 % təşkil edib) baxımından yaxşı nəticələr nümayiş etdirəcək. Bu il borc/EBITDA nisbəti 2,0x-2,5x təşkil edəcək ki, bu da ötən il 2,8x səviyyəsində olub", - agentlik qeyd edir.

S&P hesab edir ki, məhz bu, SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin (SACP) "b-"dən "b"yə yüksəldilməsinə səbəb olub.

Agentlik vurğulayır ki, şirkət neft-qaz sənayesi, neft-kimya (Türkiyədə “Petkim” və “Mercury”, Azərbaycanda “SOCAR Polymer”), Bakıda gəmiqayırma zavodu, SOCAR-ın xammal məhsulları üzrə ticarət əməliyyatları və s. daxil olmaqla, müxtəlif sənaye sahələrində bir çox beynəlxalq və yerli layihələrdə fəal iştirak edib. Şirkətin əməliyyatlarının 80 %-i Azərbaycanda, 20 %-i isə Türkiyədə cəmlənib.

"SOCAR-ı əvvəlki kimi ölkənin neft-qaz sektorunda dövlətin əsas aktivlərindən biri kimi qiymətləndirməkdə davam edirik. Hesab edirik ki, ehtiyac yaranarsa, SOCAR-ın fövqəladə dəstək almaq ehtimalı yüksədir. Bu baxış SOCAR-ın ölkə iqtisadiyyatında əsas rol oynayan neft-qaz sektorunda dövlətin əsas aktivi kimi mövqeyini əks etdirir.

Şirkət 100 % dövlətin nəzarətindədir, heç bir özəlləşdirmə planı nəzərdə tutulmur. Hökumət SOCAR-ın strategiyasının müəyyənləşdirilməsində fəal iştirak edir, kapital qoyuluşu üçün əhəmiyyətli kapital və borc maliyyələşdirməsi ilə bağlı təcrübəyə malikdir. Hökumət iri dövlət strukturlarının (GRE), o cümlədən SOCAR-ın maliyyə vəziyyətinə nəzarət etmək üçün xüsusi komitə təsis edib. Bununla belə, biz SOCAR-ın reytinqini Azərbaycanın suveren reytinqi ilə (BB+/Stabil/B) bərabərləşdirmirik, çünki SOCAR-ın gündəlik idarəetməsinin kifayət qədər avtonom olduğunu hesab edirik. Bundan əlavə, SOCAR-ın borcuna dövlət tərəfindən yalnız qismən təminat verilir (2022-ci ilin sonunda təqribən 5 %), karbohidrogen sektorunda daha bir tanınmış GRE olan Cənub Qaz Dəhlizi (SGC) layihəsinin borcuna tam zəmanət verilir”, - S&P qeyd edir.

Paylaş

Xəbər lenti

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR