
Gürcüstanda yerli vaxtla saat 16:50-də 3,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.
Qeyd edək ki, ötən gün Tbilisi vaxtı ilə saat 23:35-də eyni ərazidə 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.