
BMT müharibə zamanı Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.
Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı hesabatda qeyd olunub.
Məlumatda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı 3000-dən çox mülki şəxsin həlak olduğu deyilir.
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3153 nəfərin öldüyünü və 3316 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 1-nə keçən gecə yarısına qədər olan məlumatlardır", - deyə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.