
Qusar rayonunda intihar hadisəsi baş verib.
"AVESTA.AZ"un şimal bürosunun məlumatına görə, hadisə şəhərin Tofik İsmayılov küçəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Ağamədova Şəhla Vadim qızı kirayədə yaşadığı evin birinci mərtəbəsində özünü asaraq öldürüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.