20-01-2022, 11:12 1043

“Təxminən bir qərinəyə yaxın vaxt keçəndən sonra yenidən o hadisələri xatırlamaq, o illərə qayıtmaq mənim üçün çox çətindir. Bu gün Azərbaycan radiosuna müsahibəmdə də dedim ki, sanki hər şey dünən olub. Çünki o illərə qayıdanda ilk növbədə gözümün önündə əlacsız insanların küçə boyu ora-bura vurnuxması, iş yerimizdəki sındırılmış stul-stollar, dağınıq bir mənzərə canlanır. Təbii ki, bir gün televiziyanın susması ilə bütün Azərbaycanın məlumatsız qaldığı o 19-u yanvarın axşamını xatırlayıram”.
Avesta xəbər verir ki, bunu açıqlamasında əməkdar juurnalist Telli Pənahqızı bildirib. O daha sonra həmin günü belə xatırlayıb. 
“Həmin gün təxminən saat 6, 7-yə işləmiş bizim hamımızı işdən evə buraxdılar. Ondan da bir neçə gün qabaq artıq televiziyanın həyətində bizim tanımadığımız silahlı əsgərlər var idi. Onlar bir neçə gün əvvəl Azərbaycana göndərilmiş Sovet qoşununun əsgərləri idi. Guya ki, ölkəmizə asayışı qorumaq üçün gəlmişdilər. Əslində onların asayışı qorumaq üçün haqları da yox idi, hamısından spirt iyi gəlirdi, üzləri tük içində idi. Onların varlığı belə insanların içərisində bir təlatüm yaradırdı. Təxminən saat 7-yə qalmış evə gəldim, mənə dedilər ki, televizor işləmir. Fikirləşdim ki, yəqin televizordandır, ona görə də qonşulardan xəbər bildim. Sən demə 19-da axşam saatlarında artıq televiziyanın enerji blokunu partlatmışdılar. Səhər işə gedəndə gördüm ki, bütün otaqlar nə haldadır, dağıdılıb. Otaqda nə var idisə hamısını ortalığa töküb sındırmışdılar. Bir nəfər həlak olmuşdu, 2-3 nəfər yaralanmışdı. Bundan başqa bizim iki işçimizi də aparmışdılar. Səhərə qədər demək olar ki, şəhər yatmadı. Ondan əvvəl də şəhərdə bir təlatüm var idi, tanklar, qoşunlar şəhərin bir neçə küçəsində hərəkət edirdi. Hər axşam yüzlərlə gənc küçələrə toplaşırdılar, qəfil gələn hücumun qarşısını almaq istəyirdilər. Halbuki hamısının əli yalın idi. Gecələri ocaq başında keçirirdilər. Heç birinin də ağlına gəlmirdi ki, onların üstünə Sovet tankları gələ bilər və o tanklar atəş aça bilər. Qarbaçovun əmri ilə Azərbaycanın paytaxtı həmin gecə gülləbəran edildi.
 
 
Təxminən 700-dən çox insan yaralanmışdı, 140-dan çox gənc vətəndaşımız öldürülmüşdü. Həmin gecədən başlayaraq o mitinqlər ki, azadlıq meydanında neçə günlərdir davam edirdi, səhəri günü azadlıq meydanından küçələrdən yığılmış meyitləri Şəhidlər xiyabanı adlanan Dağüstü parkda dəfn etməyə hazırlaşırdılar. Səhər saat 6-dan biz hamımız küçələrdə idik. Heç nə edə bilmirdik, əlacımız yox idi. Həmin gecədən bir neçə gün sonra da tanklar Bakıda idi, Sumqayıta gedən maşını əzib keçmişdilər. Orada da Sumqayıt universitetinin 4 müəllimi həlak olmuşdu. Kimə istəyirdilərsə atəş açırdılar. Onlar üçün müqəddəs heç nə yox idi. Sanki 70 il Sovetin tərkibində yaşamamışdıq, elə bil ki, düşmən bir ölkəyə basqın etmişdilər. Dəfn mərasimində insanların birliyi, yekdilliyi, nifrəti özünü bir daha göstərirdi. Bu bir azadlıq mübarizəsi idi. Bu insanların, xüsusilə Azərbaycan xalqının özünüdərk aktı idi. Elə həmin gecə şəhid olan insanların övladları 30 ildən sonra Qarabağı azad etdilər. Həmin günün bir neçə epizodu yadımdadır. Biz operatorumuz Seyidağa Mövsümovla bərabər yaralıları tapmaq, onların siyahısını dəqiqləşdirmək üçün  Bakının mərkəzindəki xəstəxanalara getmişdik. Təbii ki, yolda bir neçə dəfə maşınımızı saxladılar, maraqlandılar ki, biz hara, niyə gedirik? Mən kameranı şubamın altında gizlətmişdim, rus əsgərləri bunu görüb, hiss etmədilər. Biz orada çəkilişlər apardıq. Təsəvvür edin ki, Təcili yardım xəstəxanalarının bütün şüşələri sındırılmışdı, hər yanda güllə izləri var idi. Həkimlərin üst-başı qan içində idi, onlar bütün gecəni işləyib, xəstələri şam işığında əməliyyat etmişdilər. Biz orada çoxlu yaralılar gördük, dəhliz boyu o qədər meyitlər var idi ki. İndi gördüyünüz kadrların bir çoxunu operatorlarımız çox gizlin, həm də həyatlarını təhlükə qarşısına qoyaraq lentə alırdılar. Nə yaxşı ki, o lentlərin bəziləri qorunub saxlanılır. Güman edirəm ki, bu gün azadlığına, müstəqilliyinə qovuşan Azərbaycanın övladları öz dədələrinin, babalarının qanı bahasına gələn ölkəni qorumağa, onu əldə möhkəm saxlamağa çalışacaqlar. Çünki 30 ildən sonrakı azadlığımız bizə elə-belə başa gəlməyib. Biz qurbanlar vermişik, hələ də verməkdə davam edirik. Dağlıq Qarabağın ərazisində hələ də güllə səsləri eşidilir. Məğlubiyyətləri ilə barışmayan ermənilər bizim əsgərlərimizin səngərlərinə atəş açırlar. Azərbaycan xalqının üzləşdiyi bəlaların, hadisələrin dırnaqarası “böyük müəllifləri” ermənilər idi. Çünki ermənilər Qarbaçovu ələ aldılar, ona hədiyyələr verdilər və onu təhrik etdilər ki, Azərbaycanda qan töksün, xalqın gözünü qorxutsun və SSRİ adlanan o müthiş qurum dağılmasın. İş elə gətirdi ki, Azərbaycana atılan o yaylım sədaları bütün dünyanı bir daha oyatdı və SSRİ-nin sonu çatdı. Biz indi müstəqilik, azadıq. Ən böyük borcumuz odur ki, bu vətəni qoruyaq. Çünki vətən bizə şəhidlərimizdən əmanətdir. Həm 1988-ci ildəki şəhidlərdən, həm Xocalı şəhidlərindən, həm 1992-ci il şəhidlərindən, həm 20 yanvar şəhidlərindən, həm də 2-ci Qarabağ müharibəsinin şəhidlərindən qalan əmanəti biz göz bəbəyimiz kimi qoruyacağıq. Türkün türkdən başqa dostu yoxdur. Bu dostluqdur bu gün Azərbaycanı ayaqda saxlayan. Əminəm ki, Azərbaycan bundan sonra da yolundan dönməyəcək və heç kəs onu yolundan çəkindirə bilməyəcək”, - deyə Telli Pənahqızı bildirib. (Moderator)
Paylaş

Xəbər lenti

Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49 Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Bu gün, 15:49 QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək Bu gün, 15:49 SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib Bu gün, 15:49 Sədərəyə güclü dolu YAĞIB Bu gün, 15:48 Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib Bu gün, 15:48 Biləcəridə sakinlərin kabusu: Qaranlıq küçə və hücum edən sahibsiz itlər Bu gün, 15:48 "Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb Bu gün, 14:48 Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb Bu gün, 14:48 Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar Bu gün, 14:48 WhatsApp-a iki yeni funksiya gəlir Bu gün, 14:48 Bakıda su aparatlarını sındıraraq pulları OĞURLADILAR Bu gün, 14:48 Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib Bu gün, 14:48 "İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktoru təyin edilib Bu gün, 14:48 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat Bu gün, 13:48 Payızda immuniteti dəstəkləyən qidalar Bu gün, 13:48 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək Bu gün, 13:48 Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub Bu gün, 13:48 Meta şirkəti 25 milyard dollar cərimələnib Bu gün, 13:48 Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Bu gün, 12:48 Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib Bu gün, 12:48 Push30 tətbiqində gündəlik həyatı asanlaşdıran 5 yenilik Bu gün, 12:48 Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq Bu gün, 12:48 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Bu gün, 12:48 Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq Bu gün, 12:48 Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib Bu gün, 12:48 Yardımlıya yeni icra başçısı təyin edilib Bu gün, 12:48 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib Bu gün, 12:48 Azərbaycanda startaplar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilə qaldırılıb - FƏRMAN Bu gün, 12:48 Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib Bu gün, 12:48 Prezidentin Yardımlıya yeni icra başçısı təyin etdiyi Orxan Məmmədov kimdir? - DOSYE Bu gün, 12:48 Bakıda və rayonlarda yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya ediləcək - Bu tarixədək... Bu gün, 12:48 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar Bu gün, 11:48 Azərbaycana gələn turistlərin sayı azalıb Bu gün, 11:48 Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI Bu gün, 11:48 FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır Bu gün, 11:48 FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Azeri Light neftinin qiyməti 119,7 dollara yüksəldi Bu gün, 11:48 "BakuBus"ın daha bir sürücüsü avtobusu sürməkdən İMTİNA ETDİ Bu gün, 11:48 Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır Bu gün, 11:48 ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsinin ölkədən çıxmasını tələb edib Bu gün, 11:48 2 yaşlı qız su kanalında boğularaq ölüb Bu gün, 11:48 Bakıda avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" Bu gün, 11:48 Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib Bu gün, 11:48 Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR