
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xaçmaz rayonunda yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırır.
AVESTA.AZ AYNA-ya istinadən xəbər verir ki, rayon mərkəzinin Heydər Əliyev prospektində və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrində isə 3 pavilyon quraşdırılıb.
Ümumilikdə Xaçmaz üzrə 40 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.