
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.
“AVESTA.AZ”un əldə etdiyi məlumata görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İndiyədək iclaslarda 1 200-dən çox müraciətə baxılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.