
Braziliyanın San-Paulu şəhərində məktəblərin birində insident baş verib, ölən və yaralananlar var.
“AVESTA.AZ” bu barədə “Globo” telekanalına istinadən xəbər verir.
Təhsil müəssisəsində 13 yaşlı yeniyetmə 71 yaşlı müəllimi öldürüb, daha üç müəllimi və şagirdlərdən birini yaralayıb.
Mühafizəçilər onu tutaraq polisə təhvil verib. Digər zərərçəkənlərə tibbi yardım göstərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.