29-03-2023, 13:26 700

Naxçıvanın kənd təsərrüfatında olan problemləri necə həll etmək olar?

Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafı üçün xüsusi yanaşma olmalıdır və strategiya hazırlanmalıdır.

Bunu “Report”a Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirib.

Onun sözlərinə görə, əkin torpaqları Naxçıvanın ümumi sahəsinin 55 min hektar ərazisini əhatə edir.

“Buraya xüsusi strateji olaraq yanaşılsa qısa müddətdə Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının dayanıqlı inkişafına nail olmaq olar. Naxçıvan tarixən aqrar region kimi formalaşıb və əhalinin gəlirləri əsasən bu sahədən əldə edilir. Hazırda burada əhalinin məşğulluq səviyyəsinin təmin olunması, yeni iş yerlərinin açılması istiqamətində imkanlar var. Bu imkanlardan yararlanaraq qısa müddətdə dəyişikliklər etmək mümkündür”.

R.Orucov hesab edir ki, kənd təsərrüfatında olan əsas problem son zamanlar ekoloji tarazlığın pozulması ilə əlaqədar olaraq suvarma suyuna olan tələbatın təmin oluna bilməməsidir:

“Əsas məsələ ondan ibarətdir ki, yayda yəni suvarmanın aktiv dövründə, havanın temperaturu yüksək olan zaman suvarmaya olan tələbatı qarşılamaq müasir texnologiyaların tətbiqi hesabına mümkündür. Naxçıvanın torpaqları qrunt suların səviyyəsindən aşağı olduğu üçün taxıl, çuğundur və qarğıdalının yetişdirilməsi üçün münbit şərait var. Temperaturun yüksək olması ildə 2 məhsulun yetişməsinə imkan yaradır. Naxçıvanda kartof, soğan və digər qida məhsulların yetişdirilməsi üçün də münbit şərait var".

O, bildirib ki, bu regionda Şərur və Babək rayonları əsas əkin üçün yararlı torpaqlar kimi qeydiyyatdadırlar:

“Bu rayonlarda əsas aktiv olan suvarma əkinçiliyidir və bu səbəbdən torpaqların qida balansının tənzimlənməsi, torpaqların münbitliyinin təmin olunması istiqamətində işlərin görülməsinə ehtiyac var. Uzun müddət mineral gübrələrə olan tələbatın müəyyən səbəblərdən təmin olunmaması, torpaqların münbitliyini olduqca aşağı salıb. Sözügedən ərazilərin suvarma sistemi ilə bağlı problemlərin həll olunması, intensiv suvarmanın bərpası üçün müasir texnologiyalara böyük ehtiyac var. Naxçıvana həmsərhəd Türkiyənin kənd təsərrüfatında tətbiq olunan innovativ yanaşmaların gətirilməsi faydalı ola bilər”.

Sabiq nazir hesab edir ki, ümumiyyətlə MR-da müasir texnologiyaların istifadəsinə ciddi yanaşmaq lazımdır, xüsusilə də aqrotexniki işlərin həyata keçirilməsi prosesində.

Qeyd edək ki, Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac olduğu haqda ötən həftə MR-nın kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Naxçıvan” televiziyasına müsahibəsində bildirmişdi.

X. Dadaşova hesab edir ki, Azərbaycanın digər regionlarına nisbətən Naxçıvan Muxtar Respublikasında aqrar sahə çox geridə qalır.

“Kənd Təsərüfatı Nazirliyinin hazırkı strukturu imkan vermir ki, aqrar sahədə vahid idarəetmə sistemi olsun. Bu sahədə idarəetmə sistemi pərakəndə şəkildədir”.

Nazir müavini əlavə etmişdi ki, aqrar sahədə struktur dəyişikliyi aparılacaq. Dəyişiklik zamanı rayonlarda dövlət aqrar inkişaf mərkəzlərinin yaradılması məsələsinə baxılacaq.

X. Dadaşova qeyd edib ki, sözügedən sektorda kadrların, işçilərin bilik və bacarıqları çox aşağıdır: "Bununla bağlı attestasiya aparılacaq. Attestasiyadan uğurla keçən işçilərin ixtisasartırma kurslarına cəlb olunması həyata keçiriləcək".

Paylaş

Xəbər lenti

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR