Peruda baş verən zəlzələ nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə Milli Mülki Müdafiə İnstitutunun rəhbərlərindən biri Migel Yamasaki RPP radiostansiyasına müsahibəsində bildirib.
Milli Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələnin gücü 5,5 bal olub.
Onun mənbəyi 49 km dərinlikdə, ocağı isə Kanyete əyalətinin Çilka şəhərindən 30 km qərbdə yerləşib.
Paytaxt Lima da daxil olmaqla, bir neçə binaya ziyan dəyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.