
Konqo Demokratik Respublikasında qeydə alınan Ebola epidemiyası nəticəsində ölənlərin sayı 6 025 nəfərə çatıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Rəqəmlər göstərir ki, ölkənin səkkiz əyalətində virusa yoluxanların sayı 12 200-ü ötüb.
Mayın 15-də elan edilən epidemiyaya Bundibuqio virusu səbəb olub. Rəsmi məlumatlara əsasən, xəstəliyin ölüm faizi təxminən 49 faizdir. Ölüm hallarının 60 faizdən çoxu tibb müəssisələrindən kənarda qeydə alınır.
Qeyd edək ki, bu, 2014-2016-cı illərdə Qərbi Afrikada 11 mindən çox insanın həyatına son qoyan epidemiyadan sonra ən böyük Ebola yayılmalarından biridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.