
Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir.
"Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Azərbaycan həm də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etmişdir", - paylaşımda deyilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.