5-04-2023, 15:50 704

“UNESCO-nun baş direktoru qeyri-peşəkardır, özünü Fransa XİN-nin əməkdaşı kimi aparır” - RƏY

“UNESCO-nun baş direktoru Odri Azulay özünü Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev O.Azulayın Ukraynaya səfərini şərh edərkən deyib.

O bildirib ki, UNESCO-nun hazırki rəhbərinin Azərbaycana qarşı fobiyasının olduğu sirr deyil.

Deputat vurğulayıb ki, O.Azulay səlahiyyətlərini icra etməyə başladığı ilk gündən Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir.

“Biz onsuz da xalqımıza qarşı ikili standartlara öyrəşmişik. Ancaq onun UNSECO kimi nüfuzlu beynəlxalq strukturu şəxsi, simpatiya bəslədiyi və ya vətəndaşı olduğu dövlətin maraqlarının qurbanına çevirməsi təəssüfedici hal olmaqla yanaşı, həm də qeyri-peşəkarlığın bariz göstəricisidir. Azulay 2017-ci ildən UNSECO-nun baş direktorudur və ondan əvvəl isə Fransanın mədəniyyət naziri olub. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, Azərbaycanın onilliklər boyu işğal altında olan torpaqlarına faktaraşdırıcı missiyanın göndərilməsinə razılıq verməyib”, - E.Allahverdiyev deyib.

Onun sözlərinə görə, O.Azulay Azərbaycana münasibətdə özünü UNESCO-nun ali rəhbəri kimi deyil, ölkəmizə münasibətdə ədalətsiz mövqe göstərən dövlətin vətəndaşı kimi aparır: “Fransanın “bacısı” Ermənistana görə Azərbaycana qarşı düşmənçilik həddinə çatmış siyasətini başa düşürük. Ancaq hər hansı beynəlxalq təşkilatda yüksək vəzifə tutmuş nümayəndənin bu qurumdakı vəzifələrini unudub özünü sanki hansısa dövlətin XİN-ni təmsil edən bir məmur kimi aparması nə qədər düzgündür? UNESCO-nun baş direktoru özünü Fransa XİN-nin əməkdaşı kimi aparır. Bu, qeyri-peşəkarlıqdır”.

E.Allahverdiyev söyləyib ki, UNESCO 30 ilə yaxın işğal dövründə Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, ermənilərin işğal etdiyi ərazilərə missiya göndərməyib.

“Dövlətimiz ermənilərin törətdikləri vəhşiliklər barədə dəfələrlə faktlar, sübutlar təqdim etsə də, bu beynəlxalq təşkilatdan səs çıxmayıb. Əsas o olub ki, Ermənistan razı deyil. Halbuki beynəlxalq hüquqa görə, Ermənistanın Ağdama və ya Füzuliyə beynəlxalq missiyanın gəlişinə hər hansı münasibət bildirməyə haqqı yoxdur. Çünki bura Azərbaycan ərazisidir. Ancaq 2020-ci ilin müharibəsindən sonra hay-küy qaldırmış ermənilərin çağırışlarına reaksiya verilir. Bu fakt UNESCO-nun qeyri-obyektivliyinin göstəricisi deyilmi? Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurumun xoşməramlı səfiri olmaqdan imtina etməsi bütün dünyaya UNESCO-nun tərəfkeşlik etdiyini göstərdi”, - o əlavə edib.

E.Allahverdiyevin fikirincə, tək beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı dövlətlər də çox vaxt ümumbəşəri anlayışları öz maraqları naminə tapdaq altına alırlar: “Biz UNESCO-dan danışırıq, ancaq qonşumuz, müsəlman dövləti olan İran 30 ildir gözünün qabağında məscidləri dağıdan, talan və təhqir edən vandalların başına sığal çəkir. Son iki ildir 1 milyon şiə müsəlmanı yurdundan-yuvasından edən Ermənistanın maraqlarının onun maraqları olduğunu bəyan edir. Müsəlman dövləti bunu edirsə, ermənilərin “böyük bacısı” olan Fransanın təmsilçisindən nə gözləmək olar?!”.

Paylaş

Xəbər lenti

Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu Bu gün, 20:48 Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq Bu gün, 20:48 Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında müharibə davam edir Bu gün, 20:48 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir Bu gün, 20:48 Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq Bu gün, 19:48 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Bu gün, 19:48 Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK Bu gün, 19:48 AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır Bu gün, 19:48 Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia Bu gün, 19:48 46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Bu gün, 18:48 Bakının hansı küçələrində tıxac var? Bu gün, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Bu gün, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Bu gün, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Bu gün, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Bu gün, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Bu gün, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Bu gün, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Bu gün, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Bu gün, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Bu gün, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Bu gün, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Bu gün, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Bu gün, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR