
Qax rayonuna dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağan güclü yagış rayonun Qazmalar, Oncallı, Tanqıt və Baydarlı kəndlərində dolu ilə müşahidə olunub.
Məlumata görə, təqribən 7-8 dəqiqə davam edən dolu meyvə ağaclarına ziyan vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.