
Göygöl şəhərinin küçələrinə yeni müasir lampalar quraşdırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, vətəndaşların və avtomobillərin gecə saatlarında hərəkətinin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədilə yeni quraşdırılan lampalar müasir standartlara cavab verməklə yanaşı, eləcə də elektrik enerjisindən qənaətlə istifadə edilməsinə səbəb olur.
Qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən magistral avtomobil yolunun üzərində yerləşən yol qovşağının da gecə işıqlandırılması təmin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.