
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb.
“Report”un xəbərinə görə, Aparılmış yoxlama zamanı məlum olub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qida qəbulundan sonra şagirdlərin səhhətində epiqastral nahiyədə ağrılar, ürəkbulanma, başağrısı, baş gicəllənmə müşahidə edilib. Məktəbin tibb məntəqəsində şagirdlərə ilkin tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardıma müraciət olunub.
Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.
Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Həmçinin, yuxarıda adı qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “TAİS İKF” MMC-yə məxsus qidaların hazırlanması və çatdırılması müəssisəsində AQTA tərəfindən plandankənar yoxlama tədbirləri davam etdirilir. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.
AQTA bildirib ki, belə yoxlamalardan biri də 20 nömrəli tam orta məktəbdə həyata keçirilib. Belə ki, cari ilin 16-18 yanvar tarixlərində adıçəkilən məktəbin qida blokunda həyata keçirilən yoxlama zamanı qida sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilərək məktəbin vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yoxlama həyata keçirilmiş müəssisələrin siyahısını təqdim edirik:
| Ümumi təhsil müəssisələrinin qida bloklarında aparılmış yoxlamalar barədə | ||||
| S/N | Ümumi təhsil müəssisəsinin | Ümumi təhsil müəssisəsinin adı | Aşkar olunmuş nöqsanlar | Görülmüş inzibati məsuliyyət tədbiri |
| 1 | Bakı şəhəri | 187 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 2 | Bakı şəhəri | Kimya-Biologiya Təmayüllü Respublika Liseyi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 3 | Bakı şəhəri | 114 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 4 | Bakı şəhəri | 149 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 5 | Bakı şəhəri | 182 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 6 | Bakı şəhəri | A.Hüseynzadə adına 20 nömrəli məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 7 | Bakı şəhəri | 6 nömrəli orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 8 | Bakı şəhəri | 60 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 9 | Bakı şəhəri | T.Həsənov adına 23 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 10 | Bakı şəhəri | S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 11 | Bakı şəhəri | Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 12 | Bakı şəhəri | E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 13 | Bakı şəhəri | Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 14 | Bakı şəhəri | 11 nömrəli inteqrasiya təlimli internat məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 15 | Bakı şəhəri | Bakı Avropa Liseyi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 16 | Bakı şəhəri | Bülbül adına Orta İxtisas Musiqi Məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 17 | Bakı şəhəri | S.C.Pişəvari adına Respublika Humanitar Fənlər Gimnaziyası | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 18 | Bakı şəhəri | Məktəb-Lisey Kompleksi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 19 | Bakı şəhəri | A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 20 | Bakı şəhəri | “Ankara” məktəb-liseyi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 21 | Bakı şəhəri | 132-134 nömrəli Təhsil Kompleksi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 22 | Bakı şəhəri | Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 23 | Bakı şəhəri | Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 24 | Bakı şəhəri | E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 25 | Gəncə şəhəri | Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 26 | Gəncə şəhəri | M.Mehdizadə adına 4 nömrəli Xarici Dil Təmayüllü Məktəb-Lisey | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 27 | Gəncə şəhəri | M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 28 | Gəncə şəhəri | M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 29 | Gəncə şəhəri | 21 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 30 | Gəncə şəhəri | 44 nömrəli orta məktəb-lisey | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 31 | Gəncə şəhəri | 26 nömrəli məktəb-lisey | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 32 | Gəncə şəhəri | 17 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 33 | Gəncə şəhəri | M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 34 | Gəncə şəhəri | İnteqrasiya təlimli internat tipli gimnaziya | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 35 | Gəncə şəhəri | İnternat tipli Xarici Dillər Təmayüllü Gimnaziya | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 36 | Sumqayıt şəhəri | 11 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 37 | Sumqayıt şəhəri | İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 38 | Sumqayıt şəhəri | 4 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 39 | Sumqayıt şəhəri | V.İbrahimov adına 35 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 40 | Sumqayıt şəhəri | N.Tusi adına 12 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 41 | Sumqayıt şəhəri | P.Həşimov adına 28 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 42 | Sumqayıt şəhəri | 14 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 43 | Sumqayıt şəhəri | İnternat tipli gimnaziya | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 44 | Sumqayıt şəhəri | General M.Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 45 | Sumqayıt şəhəri | Sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 46 | Abşeron rayonu | 2 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 47 | Abşeron rayonu | 9 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 48 | Abşeron rayonu | 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 49 | Abşeron rayonu | 5 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 50 | Abşeron rayonu | 3 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 51 | Abşeron rayonu | 4 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 52 | Abşeron rayonu | Məmmədli kənd tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 53 | Abşeron rayonu | B.Y.Cəfərov adına 3 nömrəli məktəb-lisey | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 54 | Abşeron rayonu | 7 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 55 | Abşeron rayonu | Q.Xalıqov adına 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 56 | Abşeron rayonu | Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 57 | Abşeron rayonu | Saray qəsəbə 3 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 58 | Samux rayonu | İnstitut qəsəbə tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 59 | Goranboy şəhəri | 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 60 | Goranboy şəhəri | İnteqrasiya təlimli internat tipli gimnaziya | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 61 | Ağsu rayonu | 3 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 62 | Ağsu rayonu | 1 nömrəli məktəb-lisey | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 63 | Ağsu rayonu | Pirhəsənli kənd tam orta məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 64 | Ağsu rayonu | Gəgəli kənd tam orta məktəbi | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 65 | Ağsu rayonu | Ərəbuşağı kənd tam orta məktəbi | Nöqsan aşkar edilib | İnzibati məsuliyyət tədbiri görülməyib |
| 66 | Şamaxı şəhəri | Texniki Humanitar və Təbiət Təmayüllü Lisey | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 67 | İsmayıllı rayonu | 1 nömrəli tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
| 68 | İsmayıllı rayonu | İvanovka kənd tam orta məktəb | Nöqsan aşkar edilib | İnzibati cərimə tətbiq edilib |
Paylaş
Bu xəbərlərİ də oxuyunEKSKLÜZİV XƏBƏRLƏR© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR. Sayt Ülvi Məmmədov tərəfindən yığılıb. | ||||