14-04-2023, 15:32 600

“Ermənistanın artan hərbi-siyasi ritorikasının arxasında Fransada dayanır” - RƏY

“Fransa Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə öz tarixi torpaqlarını işğaldan azad etməsi faktını həzm edə bilmir. Təsadüfi deyil ki, bu ölkə həm müharibə dövründə və postmüharibə mərhələsində mütəmadi olaraq Azərbaycanı hədəf seçən bəyanatlarla çıxış edib. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistanın Laçın rayonunda törətdiyi növbəti təxribatla bağlı Ermənistanı dəstəkləyən bəyanatı bu siyasətin daha bir çirkin nümunəsidir”.

Bunu “Report”a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Laçında yaşanan insidentin birbaşa Ermənistanın mütəmadi xarakter alan təxribatları nəticəsində baş verdiyi hətta düşmən ölkənin özünün yaydığı görüntülərdən aydın görünür:

“Buna baxmayaraq, Fransa yenə siyasi maraqları əsas götürərək, hadisə ilə bağlı obyektivlikdən kənar mövqe ortaya qoydu. Fransanın da iştirakçısı olduğu Praqa görüşündən sonra Ermənistanın diplomatik olaraq tam məğlub oldu. Daha sonra isə Fransanın haqlı olaraq vasitəçilikdən uzaqlaşdırılması bu ölkədə Azərbaycana qarşı ciddi qısqanclıq və qisas hissləri yaradıb. Azərbaycan dəfələrlə rəsmi Parisin ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini və bu səbəbdən qətiyyən Azərbaycanla Ermənistan arasında hansısa münasibətlərin aydınlaşdırılması üçün vasitəçi ola bilməyəcəyini bəyan edib. Təcrübə göstərir ki, Azərbaycana qarşı yönələn bütün erməni təxribatlarına Fransa hər hansı formada şərikdir. 44 günlük müharibə dövründə də Fransa mütəmadi olaraq, Azərbaycan əleyhinə qətnamə və bəyanatlar tirajlamaqla məşğul idi. Bu gün də Paşinyanın artan hərbi-siyasi ritorikasının arxasında duran qüvvələrdən biri də Fransadır. Ermənistan Fransanın da təkidi ilə bu ölkəyə göndərilən Avropa İttifaqı missiyasına güvənərək işğalçı siyasətini davam etdirir”.

“Bu gün Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu deyən Fransa nə hikmətdirsə Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat verməyib. Halbuki bu üçtərəfli Bəyanat və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinin tələbidir. Ümumiyyətlə, Fransa XİN-nin bəyanatında yer alan məqamlar tamamilə obyektivlikdən uzaqdır. Hazırda hər hansı sərhəd delimitasiyasından söhbət gedə bilməz. İnsidentin baş verdiyi ərazi Azərbaycanın suveren torpaqlarıdır və ölkəmiz dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqla tanınan ərazilərində hər hansı qanunsuz fəaliyyətə imkan vermək niyyətində deyil”, - F.Şahbazlı vurğulayıb.

Siyasi şərhçi bildirib ki, hazırda insan hüquqlarının pozulması, dinc aksiyaçılara qarşı şiddətli zorakılıqların göstərilməsi kimi ciddi insan hüquq pozuntuları ilə dünyanın gündəmində olan Fransanın öz daxilində problemləri həll etmək yerinə Azərbaycana dərs keçmək cəhdləri əbəsdir və gülüş doğurur:

“Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa Korsikada, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir. Fransa bu gün Korsikaya qarşı ciddi formada linqvistik ayrı-seçkilik siyasəti həyata keçirir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət obyektiv olmalı və Fransanın bu irqçi siyasətini pisləməlidir”.

Paylaş

Xəbər lenti

2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Bu gün, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Bu gün, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Bu gün, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Bu gün, 16:48 Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA Bu gün, 16:48 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib Bu gün, 16:48 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib Bu gün, 15:48 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı Bu gün, 15:48 Həyat yoldaşından 64 yaşlı Seda Sayana: "Ay kimisən, sevgilim!" Bu gün, 15:48 Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? Bu gün, 15:48 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək Bu gün, 15:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib Bu gün, 15:48 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? Bu gün, 14:48 Azərbaycandan Ermənistana növbəti qatar yola düşdü Bu gün, 14:48 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib Bu gün, 14:48 Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI Bu gün, 14:48 Xaçaturyan: Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalıdır Bu gün, 14:48 Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq Bu gün, 14:48 Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi Bu gün, 13:48 Azərbaycanda kinooperator vəfat etdi Bu gün, 13:48 "Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək Bu gün, 13:48 "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb Bu gün, 13:48 Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm" Bu gün, 13:48 Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI Bu gün, 12:48 İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu Bu gün, 12:48 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq Bu gün, 12:48 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi Bu gün, 12:48 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir Bu gün, 12:48 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI Bu gün, 11:48 Özbəkistanda kişi yaşadığı binanın zirzəmisində köpəkbalıqları yetişdirib Bu gün, 11:48 Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir Bu gün, 11:48 Bakıda qadın avtomobilə hücum edib, parçalamağa çalışdı - ANBAAN VİDEO Bu gün, 11:48 Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq Bu gün, 11:48 Fərid Qayıbov: "IRONMAN 70.3" yarışını çoxdan gözləyirdik Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 104 dollara enib Bu gün, 10:48 Mərhum Xalq artisti Səyavuş Aslanın doğum günüdür Bu gün, 10:48 Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək Bu gün, 10:48 Yenicag.az saytının 19 yaşı tamam olur Bu gün, 10:48 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir Bu gün, 10:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 09:48 "Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu Bu gün, 09:48 Luis Enrike PSJ ilə müqaviləsini uzatdı Bu gün, 09:48 Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır Bu gün, 09:48 ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib? Bu gün, 09:48 Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 00:48 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir Bu gün, 00:48 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib Dünən, 23:48 Yasamalda müəmmalı ev mübahisəsi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR